D.Kokonun İtaliya Respublikasının
Kataniya şəhərində
Azərbaycan Respublikasının
fəxri konsulu təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Domeniko Koko İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 6 oktyabr.- S. 3.