Yaponiyalı qonaqlar İsmayıllıda

 

İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında yaradılan dostluq əlaqələri çərçivəsində İto şəhərinin 11 nəfər mədəniyyət işçisindən ibarət qrup oktyabrın 2-4-də İsmayıllıda olub.

Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət informasiya şöbəsinin rəhbəri, birinci katib Ko Oboatanın müşayiəti ilə İsmayıllıya gələn mehribanlıqla qarşılanan qonaqlarla oktyabrın 2-də rayon icra hakimiyyətində görüş keçirilib. İcra hakimiyyətinin məsul işçilərinin, İto şəhərindən olan müəllim şagirdlərin iştirak etdikləri görüşdə icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqlara İsmayıllı barədə məlumat verib, İsmayıllı İto şəhərləri arasında imzalanan dostluq müqaviləsindən, qarşılıqlı əlaqələrdən danışıb. Bu əlaqələrin davamlı daimi olacağına əminliyini bildirən Mirdaməd Sadıqov Azərbaycan-Yaponiya münasibətlərinin dostluq qarşılıqlı anlaşma səviyyəsində olduğunu söyləyib.

Səfər zamanı qonaqlar rayon mədəniyyət mərkəzində yapon xalqının mədəni irsini nümayiş etdiriblər. Həmçinin məktəblilər rayon ictimaiyyəti üçün konsert verilib.

Səfərin sonuncu günü qonaqlar İvanovkaya gəliblər. Burada da mehribanlıqla qarşılanan İto şəhərinin nümayəndələri kənddə II Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Sonra mədəniyyət evində onları yerli folklor qrupu qarşılayıb. Burada Yaponiyanın milli adət-ənənələrini əks etdirən sərgi açılıb.

 

Azərbaycan.- 2015.- 6 oktyabr.- S. 3.