“The Oil and Gas Year” jurnalının Azərbaycana həsr olunmuş 2016-cı il buraxılışı hazırlanır

 

Karbohidrogen ehtiyatlarının hasili ilə məşğul olan ayrı-ayrı ölkələrə həsr olunmuş illik “The Oil and Gas Year” (TOGY) jurnalı Azərbaycanla bağlı sayca üçüncü hesabatın hazırlanması üçün yenidən Bakıda fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, hesabat-jurnalın builki yaradıcı heyəti - ölkə üzrə direktoru xanım Karen Kumbasar, redaktorlar Alberik Monqreniyer Vladimir Qulikdən ibarətdir.Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş ötənilki hesabatın təqdimat mərasimi cari ilin yanvarında keçirilmişdi. Jurnalın Azərbaycana həsr olunmuş həm ötənilki, həm yeni hazırlanan buraxılışlarına media tərəfdaşlığını AZƏRTAC həyata keçirir.

Hazırda yaradıcı heyət SOCAR-ın, həmçinin Azərbaycanın dövlət özəl sektorunun yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirir. Yaradıcı heyətinin ilkin mülahizələrinə görə, dünyada neftin qiymətinin düşməsinə baxmayaraq, “Şahdəniz-2”, “Cənubqaz dəhlizi digər iri layihələrin timsalında Azərbaycanın enerji sektoru 2016-cı ildə yüksələn xətlə inkişaf edəcək.

K.Kumbasar bildirib ki, enerji sənayesində qlobal dəyişikliklər sektorun aparıcı qüvvələrini strategiyalarını dəyişməyə vadar edir. Azərbaycanın enerji layihələrinin strateji olması isə onların uzunmüddətli olacağına təminat verir. Direktor əlavə edib ki, bu layihələr irihəcmli xarici sərmayələr tələb edir TOGY ölkənin enerji sektoru barədə lazımi məlumatların xarici sərmayədarlara çatdırılmasında mühüm rol oynayacaq.

Jurnalın 2015-ci il buraxılışının təqdimat mərasimində SOCAR-ın sərmayələr marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirmişdi ki, TOGY komandası ən yaxşı şəkildə çalışaraq beynəlxalq ictimaiyyətə istiqamətlənmiş mükəmməl bir hesabat hazırlayıb.

TOGY-nin MDB ölkələri üzrə direktoru Erik Qey Azərbaycanla bağlı yeni hesabatın hazırlanması üçün SOCAR-la əməkdaşlıq etməkdən olduqca məmnun olduğunu bildirib. Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin digər ölkələrlə müqayisədə hələ əsas sərmayə məkanı olaraq qalır”, – deyə E.Qey bildirib.

“The Oil and Gas Year” jurnalı 35-dən artıq ölkədə dərc olunur onun auditoriyası 101 ölkənin 69 mindən çox yüksək vəzifəli şəxslərini əhatə edir.

Jurnal barədə əlavə məlumatı aşağıdakı linkdən əldə etmək olar: www.theoilandgasyear.com

 

Azərbaycan.- 2015.- 6 oktyabr.- S. 8.