Mərkəzi Seçki Komissiyasının iclası
keçirilib
Oktyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 29 sentyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə də baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.
Azərbaycan.- 2015.- 6 oktyabr.- S. 4.