Ucar Tarix-Diyarşünaslıq Muzeyi yeni binada fəaliyyətə başlayıb

 

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 650 kvadratmetr olan bina bütün lazımi kommunikasiya xətləri müvafiq avadanlıqla təchiz olunub.

Bu gün ölkəmizdə bir sıra yeni muzeylər tikilir, eləcə mövcud olanları əsaslı şəkildə yenilənir. Qədim tarixi olan geniş turizm potensialına malik Azərbaycan üçün bu cür muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu sırada Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün tikilən yeni binanı göstərmək olar. Qədim tariximizin mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Ucar Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm Ucarın tarixini əks etdirən turistlər üçün böyük maraq doğuran çoxlu sayda eksponat var. Bu eksponatlar bölgənin tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə böyük diqqət göstərilir bu məsələdə Ucar Tarix-Diyarşünaslıq Muzeyi xüsusi yeri ilə seçilir.

Ucar şəhərinin mərkəzində orijinal layihə əsasında inşa olunan Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası xüsusi dizaynı ilə diqqəti çəkir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 7 oktyabr.- S. 3.