Prezident İlham ƏliyevGöyçay” Su Elektrik Stansiyasının açılışında iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da “Göyçay” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Bu stansiyalardan istifadə bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmir. Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq, respublikanın bir sıra bölgələrində kiçik su elektrik stansiyalarının tikintisi davam etdirilir. Gücü 3,1 meqavat olanGöyçaykiçik su elektrik stansiyası isə artıq istismara hazırdır.

Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev 2010-cu ilin fevralında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu stansiyanın əsas komponentləri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev stansiyanı işə saldı.

Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir. Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilib. Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılıb. Burada, həmçinin turbin zalı su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya elektrikverici xətlər çəkilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 6 oktyabr.- S. 7.