İlham Əliyev. İnkişaf - məqsədimizdirçoxcildliyinin iyirmi dördüncü cildi çapdan çıxıb

 

 Bizim qarşımızda duran ən başlıca problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu istiqamətdə danışıqlar aparılır. Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri çəkilməyəcəkdir. Bizim mövqeyimiz bəllidir. Mən bu barədə dəfələrlə bildirmişəm. Son dəfə daha da dolğun əhatəli bəyanat vermişəm. Çünki hesab edirəm, Azərbaycan xalqı danışıqların nəyin ətrafında getdiyini bilməlidir. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz xalq tərəfindən dəstəklənir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın Azərbaycandan ayrılmasından söhbət gedə bilməz. Onun başqa ölkəyə birləşməsindən söhbət gedə bilməz. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz buna nail olacağıq etnik təmizləmə siyasətindən əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar”.

AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmışİlham Əliyev. İnkişaf - məqsədimizdirçoxcildliyinin 24-cü cildində yer alan bu fikirlər dövlətimizin başçısının 2007-ci il mayın 25-də “Gülüstansarayında 28 May – Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqindən götürülüb.

Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin aprelindən iyununadək olan dövrü əhatə edir.

Bu cild Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşünə dair materialla başlanır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, iqtisadi potensialının möhkəmlənməsinə, habelə regionların sosial iqtisadi inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar Qazax, Tovuz rayonlarına, Gəncə şəhərinə səfərləri zamanı bu bölgələrin sosial, iqtisadi mədəni tərəqqisinə həsr olunmuş çıxışları nitqləri əksini tapıb.

Çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Misirə, Rusiyaya, Polşaya, Gürcüstana səfərləri çərçivəsində bu ölkələrin dövlət hökumət başçıları ilə görüşləri, danışıqları, ölkələr arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə genişlənməsinə, eyni zamanda, Bakıya rəsmi səfərə gəlmiş Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə keçirdiyi görüşlərə, danışıqlara dair materiallar toplanıb.

Kitabda, həmçinin Azərbaycan Prezidentinin ölkəmizə gəlmiş çoxsaylı xarici nümayəndə heyətləri ilə görüşləri, bəyanatları, Misirin Yaxın Şərq Xəbərlər Agentliyinə (MENA) Fransanın “La Lettre diplomatiquejurnalına müsahibələri, 28 May – Respublika Günü münasibətilə rəsmi qəbulu BakıdaXəzər Neft-Qaz, Neftayırma Neft Kimyası – 2007” XIV Beynəlxalq sərgi konfransının açılış mərasimində nitqi, habelə bəyanatları, məktubları, müraciətləri dərc olunub.

KitabaQeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlargöstəriciləri daxil edilib.

Azərnəşrtərəfindən buraxılan 24-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.

 

Azərbaycan.- 2015.- 7 oktyabr.- S. 7.