Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əməkdaşlıq bütün sahələr üzrə yaxşı əsaslar üzərində qurulub

 

Oktyabrın 6-da Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu münaqişə nəticəsində yaranmış qaçqın məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.

Baş nazirin müavini Əli Həsənov ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələr üzrə yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb, münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı istər Koreyanın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar inkişaf təşkilatlarının, istərsə Koreyanın Azərbaycandakı səfirliyinin həyata keçirdikləri humanitar inkişaf layihələrinə görə təşəkkürünü bildirib bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən Baş nazirin müavini səfir Çoi Suk İnin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxlu sayda tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə Koreya Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu önə çəkən Baş nazirin müavini Əli Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Səfirlə fəaliyyət müddəti ərzində əvvəlki görüşlərini minnətdarlıqla xatırlayan Əli Həsənov diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Diplomat səfirlik tərəfindən ölkəmizdə təşkil olunan irimiqyaslı mədəni tədbirlərin əhəmiyyətini vurğulayaraq bu sahədə Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirib. Azərbaycan ilə Koreya arasında iqtisadi əməkdaşlıq məsələlərindən danışan səfir Çoi Suk İn gələcəkdə daha çox Koreya şirkətinin ölkəmizdə fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.

Sonda müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşlərdən aldığı təəssüratdan, onlarla söhbətlər zamanı ən böyük istəklərinin doğma ocaqlarına qayıtmaqdan ibarət olduğundan məmnunluğunu bildirən səfir səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 7 oktyabr.- S. 7.