Heydər Əliyev Azərbaycanın dövlət idarəetmə modelimövzusunda elmi-praktik seminar keçirilib

 

Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Liderinin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi geniş təbliği məqsədiləHeydər Əliyev Azərbaycanın dövlət idarəetmə modelimövzusunda elmi-praktik seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzin Heydər Əliyev irsinin tədqiqi elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva çıxış edərək elmi-praktik seminarın əhəmiyyətindən söz açıb. Bildirib ki, Mərkəzin təşkil etdiyi elmi-praktik seminarlarda Ümummilli Liderin həyatı, siyasi fəaliyyəti ilə bağlı müxtəlif mövzular müzakirə edilir, Ulu Öndəri yaxından tanıyan, onunla birgə işləmiş şəxslər, ictimai-siyasi xadimlərin məruzələri dinlənilir. İndiyədəkAzərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev Azərbaycan elmi”, “Heydər Əliyev Azərbaycan dili digər mövzularda müzakirələr təşkil olunub.

Budəfəki seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun məruzəsi dinlənilib. O, Ulu Öndərin rəhbərliyi altında beynəlxalq norma prinsiplərə uyğun milli dövlət quruculuğu, bu istiqamətdə həyata keçirilən sistemli ardıcıl islahatlar, Azərbaycanın inkişaf strategiyası barədə məlumat verib. Akademikin çıxışı videomateriallarla müşayiət olunub.

Məruzədə bildirilib ki, Azərbaycanda həyata keçirilən uğurlu daxili xarici siyasət nəticəsində ötən illərdə iqtisadiyyatın ictimai həyatın bütün sahələrində mühüm məqsədlərə nail olunub, ölkə keyfiyyətcə yeni modernləşmə mərhələsinə daxil olub. Hazırkı mərhələnin başlıca prioritetləri çoxşaxəli, səmərəli innovativ iqtisadiyyatın formalaşmasına əsaslanaraq sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının ən qabaqcıl beynəlxalq standartlara çatdırılmasıdır.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikası müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində innovativ islahatları uğurla davam etdirir. Ölkənin XXI əsrdə innovativ modernləşmə mərhələsinə keçməsini, cəmiyyətin zamanın ruhuna uyğun olan yeni duruma transformasiyasını daha da sürətləndirəcək istiqamətlər prioritetlər müəyyənləşdirilir.

Vurğulanıb ki, bu nailiyyətlərin əsasında müasir müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin imzası durur. Ümummilli Lider XX əsrdə qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin meyillərini uzaqgörənliklə göstərib. OnunAzərbaycan XXI əsrin üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti sonrakı çıxış nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla, həm XXI əsrin siyasi sosial-iqtisadi inkişafının konsepsiyası aydın proqramıdır. Ulu Öndər həmin müraciətində deyib: “Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Qeyd olunub ki, Ulu Öndərin müdrik siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Böyük sürətlə yeniləşən Bakı şəhəri regionlarımız, xüsusi templə dəyişən inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən irimiqyaslı layihələr, sosial sahədə sıçrayış digər uğurlar məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir. Bu gün Azərbaycan iqtisadi artım tempinə görə dünyada analoqu olmayan özünəməxsus inkişaf modeli ortaya qoyub. Həmin model ilk növbədə cəmiyyətin başlıca ideyası - intellektual potensiala əsaslanan kreativ millətin formalaşdırılması ideyasına köklənib.

Diqqətə çatdırılıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş bu gün böyük uğurla inkişaf etdirilən tərəqqi strategiyasının başlıca amili insan potensialının formalaşması, onun daim təkmilləşdirilməsi səfərbər olunmasıdır.

Hələ Azərbaycanda siyasi hakimiyyətin ilk mərhələsində Heydər Əliyevin ölkənin parlaq müstəqil gələcəyinə hesablanmış addımlarından biri azərbaycanlı gəncləri keçmiş sovet birliyinin nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrü ölkəmizin inkişafının intibah dövrü kimi dəyərləndirilməlidir. Əgər həmin dövrdə Azərbaycan o qədər inkişaf etdirilməsəydi bugünkü müstəqilliyimiz əsl reallığa çevrilməzdi. Həmin dövrdə respublikamızın hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislər ordusunun yetişdirilməsinə nail olunub. Bir faktı yada salmaq lazımdır ki, 1970-ci ilədək ölkədən kənarda təhsil alanların 40 faizi azərbaycanlı idisə, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində bu rəqəm 97,7 faizə yüksəlib. Bu yolla Azərbaycanın elmi kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği həyata keçirilib.

Azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün Ulu Öndərin həmin illərdəki uzaqgörən siyasəti, konkret fəaliyyəti, atdığı cəsarətli addımlar əslində tarixi missiyanın həyata keçirilməsi idi.

Təhsilin inkişafına 1993-cü ildən sonra da xüsusi qayğının göstərilməsi Ümummilli Liderin daha çox diqqət mərkəzində olub, vətəndaşların təhsil hüquqları məhz onun rəhbərliyi ilə işlənmiş qəbul edilmiş Konstitusiyada dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə qaldırılıb, bütün Şərqdə ilk dəfə olaraq ümumi icbari orta təhsilin həyata keçirilməsinə başlanılıb.

Göründüyü kimi, Ulu Öndər insan potensialının inkişafına dair geniş tədbirlərə hələ 1970-ci illərdə başlayıb. BMT insan potensialının inkişafı ilə bağlı ilk qlobal çalışmalara isə yalnız 1990-cı illərdə, yəni, Heydər Əliyevin bu sahədə islahatlarından təqribən 20 ildən sonra start verib. Azərbaycandan fərqli olaraq, BMT-nin bu istiqamətdə sistemli təşəbbüsləri bu strateji istiqamətin təhlilinə inkişafına həsr olunmuş ilk hesabatları yalnız XX əsrin son on illiyinə təsadüf olunur.

Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında müasir anlamda insan potensialının inkişafı ilə bağlı vəziyyətin fasiləsiz monitorinqinin aparılması, təhlil qiymətləndirmələr əsasında insan inkişafı prosesinin idarə edilməsi ilk dəfə Ümummilli Lider tərəfindən həyata keçirilib. Onun təşəbbüsü ilə Azərbaycan Respublikasında BMT-nin İnkişaf Proqramı ilə birlikdə insan inkişafı haqqında ilk hesabatlar hazırlanıb. Habelə BMT-nin Azərbaycanda İnsan İnkişafına dair 1996-cı il hesabatı dünyada ən uğurlu, inkişaf prosesinin nəzəriyyəsi praktikasına yenilik gətirən hesabatlar sırasına daxil edilib.

İctimai-siyasi xadimlərin, ali təhsil elm müəssisələrinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri elmi-praktik seminarın sonunda suallar cavablandırılıb.

 

Azərbaycan.- 2015.- 7 oktyabr.- S. 9.