Azərbaycan-Panama əlaqələrinin inkişafında parlament diplomatiyası xüsusi önəm kəsb edir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Panamaya səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ruben De Leon Sançez ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Panama parlamentinin sədri iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfəri yüksək qiymətləndirdiyini deyib. O, Azərbaycanın xarici işlər nazirinin səfərinin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq üçün əlverişli imkan yaratdığını qeyd edib.

Nazir Panama parlamentinin sədrinə Azərbaycanın siyasi, iqtisadi sosial sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə qazandığı uğurlar haqqında məlumat verib. O, Azərbaycanın Latın Amerikası Mərkəzi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. E.Məmmədyarov Azərbaycan ilə Panama arasında da əməkdaşlıq üçün geniş imkanların olduğunu bu imkanlardan istifadə edilməsinin hər iki ölkə onun xalqlarının mənafeyinə cavab verdiyini bildirib. Azərbaycan Panama arasında beynəlxalq təşkilatlar, xüsusən BMT Qoşulmama Hərəkatı çərçivəsində yaxın əlaqələrin mövcud olduğunu bildirən nazir əksər məsələlərdə iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi doğurduğu fəsadlar, həmçinin münaqişənin həlli istiqamətində aparılan danışıqlar barədə parlament sədrinə ətraflı məlumat verən E.Məmmədyarov Panama parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü suverenliyinə dəstəyi təsdiqləyən, həmçinin Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsinə görə təşəkkürünü ifadə edib.

Ruben De Leon Sançez Azərbaycanın inkişafı Ermənistan-Azərbaycan münaqişəsi haqqında verilən ətraflı məlumata görə təşəkkür edib, ölkəsi üçün ərazi bütövlüyü suverenliyə hörmət prinsipinin vacib olduğunu vurğulayıb. Panama parlamenti tərəfindən qəbul edilmiş sənədin demək olar ki, bütün parlamentarilərin iştirak etdiyi ümumi iclasda yekdilliklə qəbul edildiyini vurğulayıb.

Azərbaycan haqqında çoxlu müsbət məlumatlara malik olduğunu bildirən parlament sədri ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.

E.Məmmədyarov iki ölkə arasında dostluğun əməkdaşlığın inkişafında parlament diplomatiyasının əhəmiyyətinə diqqət çəkərək Panama parlamentinin sədrinin Azərbaycana səfər niyyətinin alqışlandığını qeyd edib.

 

Azərbaycan.- 2015.- 7 oktyabr.- S. 9.