“ÜNS” Yaradıcılıq Səhnəsi yeni teatr mövsümünüFedramistik dramının tamaşası ilə açıb

 

Oktyabrın 7-də “ÜNS” Yaradıcılıq Səhnəsi 9-cu teatr mövsümünü Rusiyanın Ukraynanın Xalq Artisti Roman Viktyukun rejissoru olduğuFedramistik dramının tamaşası ilə açıb. Özündə ənənə yeniliyi birləşdirən hər zaman tamaşaçılara maraqlı əsərlər təqdim edən “ÜNS” Yaradıcılıq Səhnəsində bu dəfə tanınmış rejissor Roman Viktyukun Teatrı çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Fedratamaşasının Azərbaycan teatrsevərlərinə təqdimatından əvvəl əsas rollardan birini canlandıran Aleksandr Dzyuba çıxış edərək əsərin bu səhnədə nümayiş etdiriləcəyindən məmnunluğunu ifadə edib “ÜNS” Yaradıcılıq Səhnəsinin rəhbəri, professor Nərgiz Paşayevaya dərin təşəkkürünü bildirib. Aktyor onunla birlikdə Bakıya gələn yaradıcı qrupun paytaxtımızın gözəlliyinə heyran qaldığını da vurğulayıb.

Sonra baş rolun ifaçısı, Rusiyanın Əməkdar Artisti Dmitri Bozin əsərin süjet xətti barədə məlumat verib. Bildirib ki, yunan mifologiyasına görə Minos şahının qızı Fedra Tezeyin həyat yoldaşı olub. O, oğulluğu İppolitə vurulur, amma hissləri qarşılıqlı olmadığına görə intihar edir. Bu əsərdə sevgi ilahəsi Afrodita sevgini inkar edən Artemida ilahəsinin konflikti göstərilir. Qədim mifologiyada dünya ədəbiyyatında Fedra obrazıgünahkar sevgi obrazıdır. Amma minilliklər ərzində bu obraza verilən mənalar, əlbəttə ki, dəyişib, Fedra obrazı daha da dərinləşib, yeni rənglərlə zənginləşib. Bir çox yazıçı şairlər Fedranın faciəvi taleyinə müraciət edərək, obraza yeni interpretasiyalar əlavə ediblər, onun günahlı sevgisinə olan münasibət qadının qınanmasından dərdinə şərik olmaq dərəcəsinə qədər dəyişib.

Rolları Dmitri Bozin (Gecənin ruhu, Fedranın maskasında), İqor Nevedrov (İppolit), İvan İvanoviç (Tale), Aleksandr Dzyuba (Tezey) canlandırıblar. Əsərin əvvəlində konflikt sevgi ilahəsi Afrodita sevgini inkar edən Artemida arasında qurulub. İppolitin Artemida ilə ittifaqı, onun Afroditanı inkar etməsi çox vacibdir. İppolit sevgiyə ikrahla yanaşır. Afrodita Fedra vasitəsilə Tezeyi İppoliti məhv edir. Etirafsəhnəsində İppolit söyləyir ki, qadın sevməzliyi ona anasının kişilərə olan nifrətindən keçib. Bu səhnə Fedranın İppolitə ikisinin birgə ölmək arzusu ilə müraciəti oğlanın kobud cavabı ilə bitir. Fedranın əbədi dünyaya can atmaq barədə düşüncələri onun təcrid olunmuş durumundan çıxış yoludur. Fedra yalnız İppolit qarşısında utanır, qorxur onun tərəfindən rədd edildiyi üçün məhv olur. Mariya Svetayevanın da vaxtilə yazdığı kimi, Afrodita tərəfindən göndərilmiş bu sevgi Tezeyi cəzalandırmaq üçündür. Fedra yalnız günahsız qurbandır. Bunu çar TezeyinGünahkar yoxdur. Hamı günahsızdırfikirlərindən görmək olar.

Tamaşa Moskva Şəhər Mədəniyyət Departamentinin dəstəyi ilə hazırlanıb.

Beləliklə, sənət aləmində özünəməxsus ab-hava, ovqatla seçilən “ÜNS” Yaradıcılıq Səhnəsi yeni mövsümü maraqlı əsərin təqdimi ilə başlayıb. Tamaşa boyu sözün, musiqinin, ritmin, xoreoqrafiyanın sintezi ilə aktyorların səs tonlarının, jestlərinin mimikalarının düzgün təqdimatı tamaşaçı üçün bu mistik dramı daha da yaddaqalan edib.

Tamaşa Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nümayiş etdirilib.

“ÜNS” Yaradıcılıq Səhnəsinin 9-cu mövsümünün ilk tamaşası alqışlarla qarşılanıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 12.