Azərbaycan Respublikasının təhsil işçilərinə
“Əməkdar elm xadimi”
fəxri adının
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar elm xadimi” fəxri adı verilsin:
Hümbətov Ramiz Topuş oğlu
Hüseynov Telman Əlihüseyn oğlu
Məmmədov Havar Əmir oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 oktyabr 2015-ci il