Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
321 Bakı şəhəri,
7 oktyabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və 2012-ci il
17 fevral tarixli 38 s nömrəli sərəncamında
dəyişikliklər edilməsi
haqqında
“Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 iyun tarixli 1261 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 21 noyabr tarixli 273 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1211; 2014, № 4, maddə 442) 2-ci hissəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 21 noyabr tarixli 274 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1212; 2014, № 5, maddə 582) 2-ci hissəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.
3. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 avqust tarixli 235 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1033; 2014, № 5, maddə 583) 2-ci hissəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 fevral tarixli 38 s nömrəli sərəncamının 3-cü hissəsində “2014-cü il” sözləri “2017-ci il” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 10 oktyabr.- S. 1.