Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 319                                    Bakı şəhəri, 5 oktyabr 2015-ci il

 

“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə

 

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” təsdiq edilsin (2 nömrəli əlavə).

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmişdir  1 nömrəli əlavə

 

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsininprosedur

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (bundan sonra - ərazi idarələri), onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki xidmət bölmələri (bundan sonra - xidmət bölmələri) tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir.

1.2. Sənədlərin qəbulu, yoxlanılması və çıxarışın və (və ya) bildirişin verilməsi Qanunla müəyyən edilmiş əsaslara, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydasına, bəzi hüquqların dövlət qeydiyyatının xüsusiyyətlərinə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması  Qaydaları”na uyğun olaraq həyata keçirilir.

1.3. Bu Qaydaların məqsədləri üçün sənədlərin dövriyyəsi dedikdə, daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin kağız daşıyıcıda və ya elektron formada qəbulu, yoxlanılması və daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) çıxarışın və (və ya) bildirişin verilməsi nəzərdə tutulur.

2. Sənədlərin qəbulu

2.1. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərin, dövlət və yerli özünüidarə orqanlarının (bundan sonra - ərizəçi) ərizələri və onlara əlavə edilmiş sənədlər elektron və kağız formalarda ərazi idarələrinin sənədlərin qəbulu və verilməsi şöbələrinin və xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilir. Xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilən sənədlər həmin gün ərazi idarələrinə göndərilir.

2.2. Daxil olan ərizələr ərizə jurnalında qeydiyyata alınır. Ərizə kağız formasında ərazi idarəsinə və ya xidmət bölməsinə daxil olduqda, onun üz tərəfinin aşağı sağ küncündə qeyd ştampı vurularaq, üzərində ərizə jurnalında qeydiyyata alındığı nömrə və tarix yazılır. Ərizəçiyə onun soyadını, adını və atasının adını (hüquqi şəxsin adı)  ərizənin qeydiyyat nömrəsini, qeydiyyat və son icra tarixlərini, ərizəyə əlavə olunan sənədlərin siyahısını özündə əks etdirən və ərizəni qəbul edən ərazi idarəsinin sənədlərin qəbulu və verilməsi şöbəsinin və ya xidmət bölməsinin məsul şəxsi tərəfindən imzalanan təsdiqetmə bildirişi (1, 5, 7 və 10 nömrəli əlavələr) verilir.

2.3. Müraciət elektron formada daxil olduqda çap edilir və bu Qaydaların  2.2-ci bəndində  göstərilən prosedurdan sonra müvafiq elektron təsdiqetmə bildirişi ərizəçiyə elektron formada göndərilir.

2.4. Sənədlər qeydiyyata alındıqdan və üzərinə dövriyyə vərəqi əlavə olunduqdan sonra icra dərkənarının qoyulması üçün sənədlərin qəbulu və verilməsi şöbəsi tərəfindən həmin gün ərazi idarəsinin rəhbərinə təqdim edilir. İcra dərkənarı qoyulduqdan sonra bu Qaydalara uyğun olaraq, sənədlər icra üçün ərazi idarələrinin aidiyyəti şöbələrinə göndərilir.

2.5. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı çıxarış və (və ya) bildiriş ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır və ərizəçi “sənədlərin verilməsi jurnalı”nda sənədi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunur.

3. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı sənədlərin dövriyyəsi

3.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərazi idarələrinə və ya xidmət bölmələrinə müraciət edildikdə, müvafiq ərizə (1 nömrəli əlavə) və Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilməlidir.

3.2. Ərizədə aşağıdakı məlumatlar əks olunur:

3.2.1. “Ərizəçi haqqında məlumat” hissəsi üzrə:

3.2.1.1. ərizəçi fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan);

3.2.1.2. ərizəçi hüquqi şəxs olduqda – adı, hüquqi ünvanı, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və tarixi;

3.2.1.3. etibarnamənin nömrəsi və tarixi;

3.2.1.4. əlaqə telefonları;

3.2.1.5. ərizənin tələb olunan icra müddəti;

3.2.2. ərizənin məqsədi (daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı);

3.2.3. əmlak haqqında məlumatlar (əmlakın növü və ünvanı).

3.3. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

3.3.1. Qanunun 10-cu maddəsində nəzərdə tutulan sənədlər;

3.3.2. hüquq sahibi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti);

3.3.3. hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti;

3.3.4. bələdiyyələr tərəfindən müraciət olunduqda, bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş məktub, bələdiyyənin nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti;

3.3.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

3.4. Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ərizə ilə müraciət etdikdə, əcnəbinin pasportunun, vətəndaşlığı olmayan şəxsin isə daimi qeydiyyatda olduğu ölkədə aldığı vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərin məlumatları ərizənin “Ərizəçi barədə məlumatlar” hissəsində əks olunur.

3.5. Bu Qaydaların 3.2.1-ci yarımbəndində əks olunmuş məlumatlar bu Qaydaların 1, 4, 5, 7, 8 və 11 nömrəli əlavələrində nəzərdə tutulan ərizələrin  “Ərizəçi haqqında məlumat” hissəsində də göstərilir.

3.6. Bu Qaydaların 4-cü hissəsində nəzərdə tutulmuş mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması tələb olunmadıqda, sənədlər ərazi idarələrinin rəhbərliyinin dərkənarına uyğun olaraq, dövriyyə vərəqi ilə birlikdə arxivə göndərilir. Daşınmaz əmlak obyekti üzrə arxiv araşdırılmasını həyata keçirən məsul şəxs tərəfindən sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan  məlumatlarla uyğunluğu yoxlanılır və məlumatların uyğun olub-olmaması barədə qeydlər edilərək, ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 (üç) gün müddətində ərazi idarəsinin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını aparan şöbəsinə (bundan sonra - qeydiyyat şöbəsi) təqdim olunur.

3.7. Ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir.

3.8. Qeydiyyat və hüquq şöbələrində sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatından imtinaya və hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas olmadıqda, sənədlərə əlavə edilmiş dövriyyə vərəqi imzalanmaqla, reyestr kitabı və qovluğu, habelə elektron daşıyıcılar üzərində müvafiq qeydiyyat aparıldıqdan sonra qeydiyyat icraçısı tərəfindən imzalanmış hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış (bundan sonra - dövlət reyestrindən çıxarış) ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 (üç) gün müddətinə təsdiq edilməsi üçün ərazi idarəsinin rəhbərliyinə təqdim olunur.

3.9. Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş dövlət reyestrindən çıxarış və bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada ərizəçiyə verilməsi məqsədi ilə 1(bir) gün müddətindəsənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir.

3.10. Sənədlərin qəbulu və verilməsi şöbəsi xidmət bölmələrindən daxil olmuş ərizələrlə bağlı sənədləri bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş qaydada ərizəçiyə təqdim edilməsi məqsədi ilə həmin xidmət bölmələrinə göndərir.

3.11. Yekun olaraq, ərizəyə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arxivə təhvil verilir.

4. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənədlərin verilməsi

4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd  mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində  icra edilir.

4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

5. Hüquqların dövlət qeydiyyatının dayandırılması

5.1. Bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş ekspertiza zamanı sənədlərin həqiqiliyinə ciddi şübhə yaranarsa, hüquqların dövlət qeydiyyatı 1 (bir) ay müddətinə dayandırılır. Bu barədə qeydiyyat şöbəsi ərizəçiyə 48 saat ərzində qeydiyyatın dayandırılmasınıəsaslandırmaqla, yazılı və ya elektron formada (müraciətin daxilolma formasından asılı olaraq) məlumat verir. Bu halda Qanunun 14-cü maddəsinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatının dayandırılması ilə bağlı müxtəlif dövlət orqanlarına hazırlanmış sorğular (2 nömrəli əlavə) həmin şöbə tərəfindən imzalanmaq üçün ərazi idarəsinin rəhbərliyinə təqdim edilir.

5.2. Sənədlərin saxta olması təsdiqlənərsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir, bu barədə daxili işlər orqanlarına məlumat verilir   bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş qaydada ərizəçiyə bildiriş göndərilir. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilir.

5.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi (4 nömrəli əlavə) əsasında  1 (bir) aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilmə-lidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır.

5.4. Bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş müddətdə daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərinbağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.

6. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi

6.1. Bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada sənədlərin ekspertizası zamanı Qanunun 15.1.1 - 15.1.6-cı maddələrində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları aşkarlanarsa, onların bir və ya bir neçəsinə istinad edilməklə, hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə əsaslandırılmış bildiriş (3 nömrəli əlavə) imzalanmaq üçün ərazi idarəsinin rəhbərliyinə qeydiyyat şöbəsi tərəfindən təqdim edilir. Bu bildiriş və sənədlərin əsli ərizəçiyə müraciətin daxilolma formasından asılı olaraq bilavasitə və ya poçtla göndərilir, sənədlər elektron qaydada təqdim edildikdə isə yalnız bildirişin göndərilməsi üçün sənədlərin qəbulu və verilməsi şöbəsinə verilir. Qeyd edilən sənədlərin və bildirişin surətləri arxivə göndərilir.

6.2. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatından imtina edilməsi halında, ödənilmiş dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş qaydada, Qanunun 15.1.1-ci, 15.1.3-cü və 15.1.5-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə imtina edildikdə isə xidmət haqları da qaytarılır.

7. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) və bu hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsinin dövlət qeydiyyatı üçün sənədlərin dövriyyəsi

7.1. İcarə (istifadə) hüququnun dövlət qeydiyyatı haqqında ərizə (5 nömrəli əlavə), daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair müraciət (6 nömrəli əlavə) (bu müraciətdə dövlət orqanının adı, ünvanı, onun nümayəndəsinə verilən etibarnamənin nömrəsi və tarixi, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan), nümayəndənin soyadı, adı və atasının adı, əlaqə telefonları göstərilir), ipotekanın dövlət qeydiyyatı haqqında ərizə (7 nömrəli əlavə) sənədlərin qəbulu və verilməsi şöbəsi tərəfindən qəbul edilir.

7.2. Bu Qaydaların 5 nömrəli əlavəsində nəzərdə tutulan ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

7.2.1. daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə və ya icarəyə (istifadəyə) verilməsi haqqında qərar;

7.2.2. torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə, əlavə olaraq torpaq sahəsinin və yerin təki sahəsinin planı;

7.2.3. binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqaviləyə əlavə olaraq əmlakın yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı;

7.2.4. hüquq sahibi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti);

7.2.5. hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti;

7.2.6. bələdiyyə tərəfindən müraciət olunduqda, bələdiyyə sədrinin imzaladığı və möhürlədiyi məktub, bələdiyyənin nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti;

7.2.7. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

7.3. Bu Qaydaların 7 nömrəli əlavəsində nəzərdə tutulan ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

7.3.1. daşınmaz əmlakın ipotekası haqqında müqavilə;

7.3.2. ipoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

7.3.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

7.4. Qəbul edilmiş sənədlər bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş qaydada qeydiyyata alındıqdan sonra qeydiyyat şöbəsinə verilir.

7.5. Qeydiyyat və hüquq şöbələrində sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatından imtinaya və hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas olmadıqda, bu Qaydaların 3.8-ci və 3.9-cu bəndlərinə uyğun olaraq ərizəçiyə dövlət reyestrindən çıxarış verilir.

7.6. İpotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə ipoteka saxlayanın ərizəsi (8 nömrəli əlavə) və ya məhkəmənin qərarı daxil olduqda, qeydiyyat şöbəsi tərəfindən ipotekanın dövlət qeydiyyatı ləğv edilərək, bu barədə ipoteka saxlayana bildiriş (9 nömrəli əlavə) verilir. Qeyd edilən ərizəyə ipoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və onun şəxsiyyətini təsdiq edən sənədin surəti və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur.

7.7. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin (10 nömrəli əlavə) (bildirişə bildirişin ipoteka qoyana təsdiqetmə üsulu ilə göndərilməsinə dair qəbz və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur)  dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi əsasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq aparılır.

7.8. Bu Qaydaların 7.5-7.7-ci bəndləri ilə müəyyən edilmiş prosedurların sonunda əsas olan sənədlər arxivə təhvil verilir.

8. Dövlət reyestrində düzəlişlərin edilməsi və məhv olunmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğvi ilə bağlı sənədlərin dövriyyəsi

8.1.Ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir.

8.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

8.3. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və belə əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi (13 nömrəli əlavə) əsasında (ərizəyə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur) və daşınmaz əmlak tikintisinə icazə tələb olunan obyektdirsə yerli icra hakimiyyəti orqanı tərəfindən onun sökülməsinə verilmiş icazə əsasında ərazi idarəsi mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edildikdən sonra ərizəçiyə bildiriş                       (14 nömrəli əlavə) və (və ya) daşınmaz əmlakın məhv olunmamış hissəsinə dövlət reyestrindən çıxarış bu Qaydaların 3.8-ci və 3.9-cu bəndlərinə uyğun olaraq verilir.

 

 

__________________

 

 

 

 

“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatıüçün sənədlərin qəbulu, yoxlanılması və verilməsininprosedurQaydaları”na

1 nömrəli əlavə

 

Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _______Ərazi İdarəsinə

 

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında

 

ƏRİZƏ

 

Ərizəçi haqqında məlumatlar

Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi,             nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Nümayəndənin soyadı, adı və atasının adı

 

Əlaqə telefonları

 

 

Ərizənin məqsədi

Hüquqların dövlət qeydiyyatı haqqında

 

 

Əmlak haqqında məlumatlar

Əmlakın növü

 

Ünvan

 

Ərizənin tələb olunan icra müddəti

 

 

 

Ərizəyə əlavə olunan sənədlər

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulan sənədlər.

2. Hüquq sahibi fiziki şəxs olduqda, şəxsiyyəti təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti).

3. Hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti.

4. Bələdiyyə tərəfindən müraciət olunduqda, bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş məktub, bələdiyyənin nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti.

5. Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

 

Ərizəçinin imzası  ___________________                                                 

 

Tarix        __________________________

M. Y.

Ərizəni qəbul edən məsul şəxsin

soyadı, adı, atasının adı və imzası _______________________________ 

 

Təsdiqetmə bildirişi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri

Xidmətinin _________________ Ərazi İdarəsi

 

Ərizəçinin soyadı, adı və atasının adı

(hüquqi şəxsin adı)

 

Ərizənin qeydiyyat nömrəsi

 

Ərizənin qeydiyyat və son icra tarixləri

 

Ərizəyə əlavə olunan sənədlər

 

Ərizəni qəbul edən məsul şəxsin adı, atasının adı, soyadı və imzası

 

İş vaxtı: 9:00 – 18:00              Fasilə 13:00 – 14:00

                                                                                                                                

M. Y.

_________________

“Daşınmaz əmlak üzərində hüquqların

dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsininprosedurQaydaları”na

2 nömrəli əlavə

 

 

 

            ______  ____________  20______ il                            ¹ ___________________

 

 

________________________________________________________________________________________________________________________________________________________________

 

 

 

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı təqdim edilənsənədlərə münasibətin bildirilməsi barədə

 

SORĞU

 

 ____________________________________ ünvanında yaşayan (yerləşən)

(ünvan) _____________________________________________________________

(soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

_____________________________________________________________

(ünvan)

 

ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı _________________ qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir.

Təqdim edilən ________________________________________________

(sənədlərin adı)

sənədlərinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, göstərilən məsələyə dair 10 (on) gün müddətində münasibət bildirməyinizi xahiş edirik.

 

         Qoşma  ____________   əsli  ____ (      ) vərəq

 

 

Azərbaycan Respublikası Əmlak Məsələləri

Dövlət  Komitəsinin  yanında  Daşınmaz

Əmlakın  Dövlət  Reyestri  Xidmətinin

_________________Ərazi İdarəsinin rəisi              

 

 

_________________

 

Daşınmaz  əmlak  üzərində hüquqların dövlət qeydiyyatı  üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsininprosedurQaydaları”na

 

3 nömrəli əlavə

 

 

______ _______________ 20_______ il                             ¹_____________________

 

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına

alınmasından imtina edilməsi barədə

 

BİLDİRİŞ

 

 

            Ərizəçi  ____________________________________________________

(soyadı, adı və atasının adı)

 

            Ünvan   _____________________________________________________

 

 

Bildirişin mətni

____________________________________________________ünvanında yerləşən  _________________________ üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ___________nömrəli ____________tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı  _____________________________________________ müəyyən edilmiş və bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir

 

Azərbaycan Respublikası Əmlak Məsələləri

Dövlət Komitəsinin yanında Daşınmaz

Əmlakın Dövlət Reyestri Xidmətinin

_____________Ərazi İdarəsinin rəisi

 

 

“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı  üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsininprosedurQaydaları”na

4 nömrəli əlavə

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz ƏmlakınDövlət Reyestri Xidmətinin ________Ərazi İdarəsinə

 

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına

alınmasının dayandırılması barədə

 

ƏRİZƏ

 

Ərizəçi haqqında məlumatlar

Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Nümayəndənin soyadı, adı və atasının adı

 

Əlaqə telefonları

 

 

Ərizənin mətni

        Xahiş edirəm hüquq əldə edən (əqdin tərəfi və ya onların vəkil etdiyi şəxs) olmağımı nəzərə alaraq,____________________________________ ünvanında yerləşən ____________________ üzərində hüquqların dövlət qeydiyyatını ______________________________  səbəbindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə uyğun olaraq________________________ müddətinə dayandırasınız

Tarix

İmza

 

Ərizəçinin imzası __________________                                                    

 

Tarix  ____________________________

M.Y.

Ərizəni qəbul edən məsul şəxsin

soyadı, adı, atasının adı və imzası  ______________________________

_________________

“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı  üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsininprosedurQaydaları”na

5 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ________Ərazi İdarəsinə

 

 

İcarə (istifadə) hüququnun dövlət qeydiyyatı haqqında

ƏRİZƏ

 

Ərizəçi haqqında məlumatlar

Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Nümayəndənin soyadı, adı və atasının adı

 

Əlaqə telefonları

 

 

Ərizənin məqsədi

İcarə (istifadə) hüququnun dövlət qeydiyyatı haqqında

 

Əmlak haqqında məlumatlar

Əmlakın növü

 

Ünvanı

 

Ərizənin tələb olunan icra müddəti

 

 

 

 

 

Ərizəyə əlavə olunan sənədlər

1. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə və ya istifadəyə verilməsi haqqında qərar (sərəncam).

2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə, əlavə olaraq torpaq sahəsinin və yerin təki sahəsinin planı.

3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqaviləyə əlavə olaraq əmlakın yerləşməsi və ölçüləri göstərilməklə, icarəyə verilən sahələrin planı.

4. Hüquq sahibi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti).

5. Hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti.

6. Bələdiyyə tərəfindən müraciət olunduqda, bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş məktub, bələdiyyənin nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti.

7. Dövlət rüsumunun ödənilməsi barədə sənəd

 

Ərizəçinin imzası ________________                                                 

 

Tarix  __________________________

M.Y.

Ərizəni qəbul edən məsul şəxsin

soyadı, adı, atasının adı və imzası _______________________________ 

 

Təsdiqetmə bildirişi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri

Xidmətinin _____________ Ərazi İdarəsi

Ərizəçinin soyadı, adı və atasının adı

(hüquqi şəxsin adı)

 

Ərizənin qeydiyyat nömrəsi

 

Ərizənin qeydiyyat və son icra tarixləri

 

Ərizəyə əlavə olunan sənədlər

 

Ərizəni qəbul edən məsul şəxsin adı, atasının adı, soyadı və imzası

 

                            İş vaxtı: 9:00 – 18:00                          Fasilə 13:00 – 14:00

M.Y.

_________________

“Daşınmaz əmlak üzərində hüquqların dövlət  qeydiyyatı  üçün   sənədlərin  qəbulu,  yoxlanılması  və verilməsininprosedurQaydaları”na

6 nömrəli əlavə

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ________Ərazi İdarəsinə

                                                         

Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququnun daşınmaz

əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair

 

MÜRACİƏT

          

 

Müraciət edən haqqında məlumatlar

Dövlət orqanının adı

 

Ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Nümayəndənin soyadı, adı və atasının adı

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Əlaqə telefonları

 

 

Müraciətin mətni

Bildiririk ki, _______________________________ ünvanında yerləşən ______________________ dair _______ tərəfindən ____ tarixli _____ nömrəli sərəncam verilmiş və _________________________ ilə ______________tarixli ____________nömrəli icarə (istifadə) müqaviləsi bağlanılmışdır. Həmin sərəncam və müqavilədən irəli gələn hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məqsədəuyğun hesab edirik

Tarix

Nümayəndənin imzası

Ərizənin tələb olunan icra müddəti

 

Ərizəçinin imzası ____________________                                               

 

Tarix   _____________________________

 

M.Y.

Ərizəni qəbul edən məsul şəxsin

soyadı, adı, atasının adı və imzası _______________________________ 

 

 

_________________

 

 

“Daşınmaz əmlak üzərində hüquqların dövlət  qeydiyyatı  üçün   sənədlərin  qəbulu,  yoxlanılması  və verilməsininprosedurQaydaları”na

7 nömrəli əlavə

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ________Ərazi İdarəsinə

 

 

İpotekanın dövlət qeydiyyatı haqqında

ƏRİZƏ

 

Ərizəçi haqqında məlumatlar

Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Nümayəndənin soyadı, adı və atasının adı

 

Əlaqə telefonları

 

 

Ərizənin məqsədi

İpotekanın dövlət qeydiyyatı haqqında

 

Əmlak haqqında məlumatlar

Əmlakın növü

 

Ünvanı

 

Ərizənin tələb olunan icra müddəti

 

 

Ərizəyə əlavə olunan sənədlər

1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə.

2. İpoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və onun şəxsiyyətini təsdiq edən sənədin surəti.

3. Dövlət rüsumunun ödənilməsi barədə sənəd

 

Ərizəçinin imzası   _________________                                                   

 

Tarix  ____________________________

M.Y.

Ərizəni qəbul edən məsul şəxsin

soyadı, adı, atasının adı və imzası  ______________________________ 

 

 

 

Təsdiqetmənin bildirişi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri

Xidmətinin _________________ Ərazi İdarəsi

Ərizəçinin soyadı, adı və atasının adı

(hüquqi şəxsin adı)

 

Ərizənin qeydiyyat nömrəsi

 

Ərizənin qeydiyyat və son icra tarixləri

 

Ərizəyə əlavə olunan sənədlər

 

Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası 

 

                            İş vaxtı: 9:00 – 18:00                     Fasilə 13:00 – 14:00

 

 

M.Y.

 

_________________

 

 

“Daşınmaz əmlak üzərində hüquqların dövlət  qeydiyyatı  üçün   sənədlərin  qəbulu,  yoxlanılması  və verilməsininprosedurQaydaları”na

8 nömrəli əlavə

 

Azərbaycan Respublikası Əmlak

Məsələləri Dövlət Komitəsinin yanında

Daşınmaz Əmlakın Dövlət Reyestri

Xidmətinin ________Ərazi İdarəsinə

 

İpotekanın dövlət qeydiyyatının ləğvi barədə

ƏRİZƏ

 

Ərizəçi haqqında məlumatlar

Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Nümayəndənin soyadı, adı və atasının adı

 

Əlaqə telefonları

 

 

 

Ərizənin mətni

        Bildiririk ki, ____________________________ ünvanında yerləşən ___________________ dair _______________ tarixli ______________ nömrəli ipoteka müqaviləsi bağlanılmış, ipotekanın dövlət qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən verilən yüklülüyə dair ____ reyestr nömrəli ___ qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. Göstərilən ipoteka müqaviləsi üzrə ipoteka qoyan (qoyanlar) tərəfindən bütün öhdəliklərin yerinə yetirilməsini nəzərə alaraq, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsini xahiş edirik

Tarix

 

İmza

 

 

             M.Y.

 

Ərizənin tələb olunan icra müddəti

 

Ərizəyə əlavə olunan sənədlər

1. İpoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və onun şəxsiyyətini təsdiq edən sənədin surəti.

2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd

 

Ərizəni qəbul edən məsul şəxsin                                                                                     

M.Y.

soyadı, adı, atasının adı və imzası ________________________________ 

 

 

_________________

 

 

“Daşınmaz əmlak üzərində hüquqların dövlət  qeydiyyatı  üçün   sənədlərin  qəbulu,  yoxlanılması  və verilməsininprosedurQaydaları”na

9 nömrəli əlavə

 

 

______ _______________ 20________ il                           ¹____________________

 

İpotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə

 

BİLDİRİŞ

 

            Maraqlı şəxs (şəxslər) __________________________________________

 

            Ünvan          __________________________________________________

 

 

Bildirişin mətni

        Bildiririk ki, ____________________________________ ünvanında yerləşən _________________ dair ___________ tarixli __________ nömrəli ipoteka müqaviləsi bağlanılmış, ipotekanın dövlət qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən verilən yüklülüyə dair _______ reyestr nömrəli ____________________ qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir.

_____________________________________________________________

 

 

(ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı)

 

əsasən ipotekanın dövlət qeydiyyatı ləğv edilmişdir

 

Azərbaycan Respublikası Əmlak Məsələləri

Dövlət Komitəsinin yanında Daşınmaz

Əmlakın Dövlət Reyestri Xidmətinin

_____________Ərazi İdarəsinin rəisi        

_________________

“Daşınmaz əmlak üzərində hüquqların dövlət  qeydiyyatı  üçün   sənədlərin  qəbulu,  yoxlanılması  və verilməsininprosedurQaydaları”na

10 nömrəli əlavə

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ________Ərazi İdarəsinə

 

İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında

 

BİLDİRİŞ

 

İpoteeka saxlayan haqqında məlumatlar

Adı

 

Ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Nümayəndənin şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsı, nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Əlaqə telefonları

 

 

Bildirişin məqsədi

İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatı

 

Bildirişdə qeyd olunan zəruri məlumatlar

1. İpotekanın qeydiyyatı tarixi

 

2. İpotekanın qeydiyyat nömrəsi

 

3. Daşınmaz əmlakın reyestr nömrəsi

 

4. İpoteka predmetinin adı

 

5. İpoteka predmetinin ünvanı

 

6. İcra olunmalı öhdəlik barədə məlumat

 

7. Məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi üçün əsas olan sənədin rekvizitləri

 

 

Ərizəyə əlavə olunan sənədlər

1. Bildirişin ipoteka qoyana təsdiqetmə üsulu ilə göndərilməsinə dair qəbz.

2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd

 

Ərizəçinin imzası   __________________                                                 

 

Tarix     ___________________________

 

M.Y.

Bildirişi qəbul edən məsul şəxsin

soyadı, adı, atasının adı və imzası________________________________ 

 

 

Təsdiqetmə bildirişi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri

Xidmətinin ___________ Ərazi İdarəsi

İpoteka saxlayanın adı

 

Bildirişin qeydiyyat nömrəsi

 

İpoteka saxlayanın qeydiyyat orqanına təqdim etdiyi sənədlər

 

Ərizənin qeydiyyat və son icra tarixləri

 

Bildirişi qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası

 

                            İş vaxtı: 9:00 – 18:00                     Fasilə 13:00 – 14:00

 

 

_________________

M.Y.

 

 

“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsininprosedurQaydaları”na

11 nömrəli əlavə

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ________Ərazi İdarəsinə

 

Daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi barədə

ƏRİZƏ

 

Ərizəçi haqqında məlumatlar

Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Nümayəndənin soyadı, adı və atasının adı

 

Əlaqə telefonları

 

Ərizənin tələb olunan icra müddəti

 

 

Ərizənin mətni

Xahiş edirəm maraqlı şəxs olmağımı nəzərə alaraq, ______ünvanında yerləşən, ________ qeydiyyat nömrəli, __________ reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş _________________ üzərində hüquqların dövlət qeydiyyatı zamanı __________________________  ilə bağlı buraxılan texniki səhvin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə uyğun olaraq  aradan qaldırılmasını təmin edəsiniz

Ərizəçinin imzası _______________                                                         

 

Tarix  ________________________

 

M.Y.

 

Ərizəni qəbul edən məsul şəxsin

soyadı, adı, atasının adı və imzası _______________________________ 

 

_________________

 

 

“Daşınmaz əmlak üzərində hüquqların dövlət  qeydiyyatı  üçün   sənədlərin  qəbulu,  yoxlanılması  və verilməsininprosedurQaydaları”na

12 nömrəli əlavə

 

______ _______________ 20_______ il                             ¹________________________

 

 

Daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi barədə

 

BİLDİRİŞ

 

 

            Maraqlı şəxs (şəxslər)   ________________________________________

 

            Ünvan ______________________________________________________

 

 

Bildirişin mətni

______________________________________ünvanında yerləşən ____ dair daşınmaz əmlakın dövlət reyestrində ____________ reyestr nömrəsi ilə aparılmış hüquqların qeydiyyatı zamanı ____________________ ilə bağlı buraxılan texniki səhv (səhvlər) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin müddəalarına əsasən ____ tarixli ____ qeydiyyat nömrəli ərizə əsasında aradan  qaldırılmışdır

 

Azərbaycan Respublikası Əmlak Məsələləri

Dövlət Komitəsinin yanında Daşınmaz

Əmlakın Dövlət Reyestri Xidmətinin

_____________Ərazi İdarəsinin rəisi        

 

 

 

_________________

 

 

“Daşınmaz əmlak üzərində hüquqların dövlət  qeydiyyatı  üçün   sənədlərin  qəbulu,  yoxlanılması  və verilməsininprosedurQaydaları”na

13 nömrəli əlavə

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ________Ərazi İdarəsinə

 

Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi barədə

ƏRİZƏ

 

Ərizəçi haqqında məlumatlar

Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Nümayəndənin soyadı, adı və atasının adı

 

Əlaqə telefonları

 

Ərizənin tələb olunan icra müddəti

 

 

Ərizənin mətni

______________­­­­­____­­­­­­­­­­­­­­­ünvanında yerləşən ___________________ öz iradəmlə söküb tam məhv etmişəm və bəyan edirəm ki, həmin əmlak üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ yüklü deyildir. Bu ___________________________reyestr nömrəli _______________ tarixli çıxarışla (qeydiyyat vəsiqəsi) mənə (bizə) məxsusdur.  Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə uyğun olaraq göstərilən əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsini xahiş edirəm

Ərizəyə əlavə olunan sənədlər

1. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli.

2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd

 

Ərizəçinin imzası ______________                                                

 

Tarix ________________________

 

M.Y.

Ərizəni qəbul edən məsul şəxsin

soyadı, adı, atasının adı və imzası ________________________________ 

 

 

 

_________________

 

 

“Daşınmaz əmlak üzərində hüquqların dövlət  qeydiyyatı  üçün   sənədlərin  qəbulu,  yoxlanılması  və verilməsininprosedurQaydaları”na

14 nömrəli əlavə

 

______ _______________ 20_______ il                             ¹_______________________

 

 

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun

ləğv edilməsi barədə

BİLDİRİŞ

 

 

            Maraqlı şəxs (şəxslər)_________________________________________

 

            Ünvan  _____________________________________________________

 

 

Bildirişin mətni

_____________________________________________________________­­­­­­­­­­­­­­ünvanında yerləşən _________________________ üzərində ____________

(daşınmaz əmlakın adı)

_____________________________________________________________

(mülkiyyətçinin soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

məxsus mülkiyyət hüququnun dövlət qeydiyyatı ləğv edilmişdir

 

 

Azərbaycan Respublikası Əmlak Məsələləri

Dövlət Komitəsinin yanında Daşınmaz

Əmlakın Dövlət Reyestri Xidmətinin

_____________Ərazi İdarəsinin rəisi        

 

_________________

 

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə

 

Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında

 

TƏLİMAT

 

1. Ümumi müddəalar

1.1. Bu Təlimat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi qaydalarını tənzimləyir.

1.2. Bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.

1.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17-ci maddələrinə əsasən torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinindəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə əvvəlcədən qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının əvvəlcədən qeydiyyatı barədə arayış verilir(2 nömrəli əlavə):

1.4. Bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə əvvəlcədən dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırıl-ması (yüklülüyü) barədə reyestrdən arayış verilir (3 nömrəli əlavə).

1.5. Daşınmaz əmlakın dövlət reyestrində əvvəlcədən qeydiyyata alınmış hüquqların yüklülüyü barədə ipotekasaxlayana reyestrdən arayış verilir (3 nömrəli əlavə).

2. Arayışın verilməsi üçün əsaslar

2.1. Arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə ərizə ilə müraciət etməlidir(4 nömrəli əlavə). Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni və şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. Bələdiyyələr bələdiyyənin sədri tərəfindən imzalanmış və möhürlənmiş ərizə və bələdiyyənin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidirlər.

2.2. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir.

2.3. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanına uyğun olaraq yaradılmış “ASAN xidmət” mərkəzlərində arayışın verilməsi üçün ərizənin qəbulu və arayışın verilməsi həmin mərkəzlərdə fəaliyyət göstərən Xidmətin ərazi idarələrinin işçiləri tərəfindən həyata keçirilir.

2.4. Daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının  yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir.

3. Arayışın tərtib edilməsi üçün yerinə yetirilən işlər

3.1. Reyestrdə qeydiyyata alınmış hüquqlara dair arayış verildikdə:

3.1.1. arayışın verilməsi barədə ərizəyə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır;

3.1.2. ərizəni və ərizəyə əlavə edilən sənədləri Xidmətin ərazi idarəsinin və ya onun rayon (şəhər) şöbəsinin əməkdaşı olan icraçı (bundan sonra - icraçı) qəbul edir, ərizə jurnalında (dövlət reyestrinin ərizələrin qeydiyyatı kitabında) qeydiyyat apararaq arayışın tərtib və təsdiq edilməsi üçün aidiyyəti struktur bölməsinə təqdim edir;

3.1.3. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak (onun tərkibi, bir hissəsi, ondakı paylardan biri və ya bir neçəsi) üzərində hüquqların məhdudlaşdırılması (yüklülüyü) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda, arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti və qeydəalınma tarixi) qeyd edilir;

3.1.4. torpaq sahəsində yerləşən daşınmaz əmlaka dair arayış tərtib edilərkən, onun yerləşdiyi torpaq sahəsi üzərindəki hüququn məhdudlaşdırılması (yüklülüyü) haqqında məlumat arayışda mütləq qeyd edilir.

3.2. Hüquqların qabaqcadan qeydiyyatı barədə arayış verildikdə:

3.2.1. ərizəni, bu Təlimatın 2.1-ci bəndində göstərilən sənədləri, Qanunun  17-ci maddəsinə əsasən qabaqcadan qeydiyyatın aparılması üçün əsas olan sənədləri icraçı qəbul edərək, ərizə jurnalında qeydiyyat aparır;

3.2.2. ərizə əsasında müvafiq ərazidə yerləşən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar haqqında mövcud arxiv materialları götürülür (bu barədə ərizə jurnalında qeyd edilir), hüquq sahibinin iştirakı ilə obyektə tikintiyə icazə sənədlərinə və plan-cizgiyə uyğunluğunu və digər hüquq sahiblərinin mənafelərinin pozulub-pozulmamasını müəyyən etmək üçün baxış keçirilir. Obyektin icazə sənədlərinə və plan-cizgiyə uyğun olmadığı müəyyən edildikdə, tikinti işlərinin şəhərsalma norma və qaydalarına uyğunluğu baxımından aparılmasını təsdiq edən sənəd təqdim edilir. Baxışın nəticələri üzrə müayinə aktı tərtib edilir və müvafiq qaydada imzalandıqdan sonra bütün sənədlər arayışın tərtib və təsdiq edilməsi üçün aidiyyəti struktur bölməsinə təqdim olunur.

3.3. Sənədlər Xidmətin ərazi idarəsinin vəzifəli şəxsinin müvafiq dərkənarı ilə aidiyyəti struktur bölməsinə göndərilir. İcraçı tərəfindən obyekt üzərində məhdudlaşdırılmanın (yüklülüyün) olub-olmamasımüəyyənləşdirilir, dövlət reyestrində saxlanılan məlumatlar göstərilməklə müvafiq qaydada arayış tərtib edilir.

3.4. Hazırlanmış arayış Xidmətin ərazi idarəsinin və ya onun rayon (şəhər) şöbəsinin vəzifəli şəxsi tərəfindən imzalanır, möhürlə təsdiqlənir və sənədlərin verilməsi jurnalında qeydə alınaraq, ərizəçiyə təqdim edilməsi üçün icraçıya göndərilir.

4. Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda göstərilən məlumatlar

4.1. Arayışda aşağıdakı məlumatlar göstərilir:

4.1.1. hüquq sahibinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı);

4.1.2. daşınmaz əmlak obyektinin növü, ünvanı (olduğu yer), hüququn qeydə alındığı reyestr kitabının və vərəqinin nömrəsi;

4.1.3. mülkiyyətçilər haqqında məlumat (hüquq sahibinin adı, payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi);

4.1.4. hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi);

4.1.5 daşınmaz əmlakın təsviri:

4.1.5.1. torpaq sahəsi haqqında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), kateqoriyası, məqsədli istifadəsi;

4.1.5.2. su obyekti həcmi, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);

4.1.5.3. çoxmənzilli yaşayış binası haqqında binanın tikildiyi il, mərtəbəliliyi, mənzillərin sayı,  ümumi sahəsi (kv.m), yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, çoxmənzilli yaşayış binasının tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq, tikinti və şəhərsalma qanunvericiliyinin tələbləri nəzərə alınmaqla müəyyən edilən torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);

4.1.5.4. qeyri-yaşayış binasının binanın tikildiyi il, mərtəbəliliyi, ümumi sahəsi (kv.m), tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha));

4.1.5.5. qurğunun, çoxillik əkmənin, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);

4.1.5.6. qeyri-yaşayış sahəsinin binanın tikildiyi il, mərtəbəliliyi, qeyri-yaşayış sahəsinin mərtəbəsi (yerləşdiyi mərtəbə), ümumi sahəsi (kv.m);

4.1.5.7. mənzilin yerləşdiyi binanın tikildiyi il, mərtəbəliliyi, mənzilin mərtəbəsi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m);

4.1.5.8. fərdi yaşayış evi haqqında- liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter, mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);

4.1.5.9. bağ evi və yaşayış evləri haqqında məlumat (liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter (sıra ¹-si), mərtəbəliliyi, təyinatı (adı), tikintialtı sahə (kv.m), cəmi), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha)

4.1.5.10. əmlak kompleksi kimi müəssisə haqqında liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);

4.1.5.11. müəssisə filialının hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi), müəssisə filialının tərkibi haqqında məlumat (liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);

4.1.5.12. yer təki sahəsinin adı, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha);

4.1.6. məhdudlaşdırılma (yüklülük) haqqında məlumat;

4.1.7. “Arayış qeydiyyata alındığı gündən 30 (otuz) gün müddətində etibarlıdır.” yazısı.

4.2. Çoxmənzilli yaşayış binası (yarımçıq tikili) üçün arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində binanın tikildiyi il əvəzinə tikintinin başlanılması ili və əlavə olaraq tikilmə faizi, çoxmənzilli yaşayış binasının tərkibinin (həyətyanı tikili və qurğular) tikilmə faizi göstərilir.

4.3. Çoxmənzilli yaşayış binasının tərkib hissəsi olan mənzillərdən (qeyri-yaşayış sahələrindən) heç olmasa birinə digər şəxsin mülkiyyət hüququ yaranarsa, binaya bütövlükdə deyil, ümumi paylı mülkiyyət hüququ əsasında reyestrdən arayış verilir.

4.4. Qeyri-yaşayış binası (yarımçıq tikili) üçün arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində binanın tikildiyi il əvəzinə tikintinin başlanılması ili və tikilmə faizi, qeyri-yaşayış binasının tərkibinin (həyətyanı tikili və qurğular) göstərilir.

4.5. Yarımçıq tikili olan qeyri-yaşayış sahəsi, mənzil, fərdi yaşayış evi bağ evi  üçün arayışların “Daşınmaz əmlakın təsviri”  bölməsində tikililərin tikilmə faizi göstərilir.

4.6. Yarımçıq tikili olan əmlak kompleksi kimi müəssisə (yarımçıq tikili) və müəssisə filialı üçün arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində müvafiq olaraq müəssisənin və müəssisə filialının tərkibinin tikilmə faizi göstərilir.

5. Hüquqların əvvəlcədən qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışda göstərilən məlumatlar

5.1. Hüquqların əvvəlcədən qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışda aşağıdakı məlumatlar göstərilir:

5.1.1. hüququ rəsmiləşdirilən şəxs - arayış verilən hüquq sahibi;

5.1.2. daşınmaz əmlakın adı (növü) - üzərində hüquq qeydiyyata alınan daşınmaz əmlak;

5.1.3. ünvanı (olduğu yer) - hüquq obyektinin ünvanı (olduğu yer);

5.1.4. daşınmaz əmlakın mülkiyyət növü;

5.1.5. daşınmaz əmlak üzərində hüququn növü - daşınmaz əmlak üzərində qeydiyyata alınan hüququn növü;

5.1.6. reyestr nömrəsi - üzərində hüquq qeydiyyata alınan daşınmaz əmlakın reyestr nömrəsi;

5.1.7. hüquq sahibləri bölməsində: hüquq sahibinin adı - daşınmaz əmlakın hüquq sahiblərinin (payçılarının) adları, paylar - hər bir hüquq sahibinin payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi - hər bir payçının daşınmaz əmlak üzərindəki hüququnun qeydiyyat nömrəsi və qeydiyyat tarixi;

5.1.8. “Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində (reyestr kitabının nömrəsi), nömrəli reyestr kitabının (reyestr kitabının səhifəsinin nömrəsi) nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır” yazısı.

5.2. Çoxmənzilli yaşayış binasına arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində  aşağıdakı məlumatlar göstərilir:

5.2.1. torpaq sahəsi (ölçüsü, ha) - çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü;

5.2.2. torpaq sahəsinin mülkiyyət növü;

5.2.3. torpaq sahəsi üzərində hüququn növü - çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü;

5.2.4. tikintiyə icazə sənədləri üzrə: mərtəbəliliyi - çoxmənzilli yaşayış binasının mərtəbələrinin sayı, girişlərin sayı - çoxmənzilli yaşayış binasının girişlərinin sayı, mənzillərin sayı - çoxmənzilli yaşayış binasındakı mənzillərin sayı, qeyri-yaşayış sahəsi (kv.m) - çoxmənzilli yaşayış binasının qeyri-yaşayış sahəsi, yaşayış sahəsi (kv.m) - çoxmənzilli yaşayış binasının yaşayış sahəsi, ümumi sahəsi (kv.m) -                   çoxmənzilli yaşayış binasının ümumi sahəsi;

5.2.5. çoxmənzilli yaşayış binasının tikintiyə icazə sənədləri üzrə tərkibi (həyətyanı tikili və qurğular): liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), cəmi).

5.3. Qeyri-yaşayış binasına arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:

5.3.1. təyinatı - qeyri-yaşayış binasının təyinatı;

5.3.2. mərtəbəliliyi - qeyri-yaşayış binasının mərtəbəliliyi;

5.3.3. ümumi sahə (kv.m) - qeyri-yaşayış binasının ümumi sahəsi;

5.3.4. torpaq sahəsi (ölçüsü, ha) - qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü;

5.3.5. torpaq sahəsinin mülkiyyət növü - qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü;

5.3.6. torpaq sahəsi üzərində hüququn növü - qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü;

5.3.7. qeyri-yaşayış binasının tikintiyə icazə sənədləri üzrə nəzərdə tutulan tərkibi (həyətyanı tikili və qurğular): liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), cəmi).

5.4. Qurğuya arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:

5.4.1. təyinatı - qurğunun təyinatı;

5.4.2. torpaq sahəsi (ölçüsü, ha) - qurğunun yerləşdiyi torpaq sahəsinin ölçüsü;

5.4.3. torpaq sahəsinin mülkiyyət növü - qurğunun yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü;

5.4.4. torpaq sahəsi üzərində hüququn növü - qurğunun yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü.

5.5. Qeyri-yaşayış sahəsinə arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar  göstərilir:

5.5.1. təyinatı - qeyri-yaşayış sahəsinin təyinatı;

5.5.2. mərtəbəliliyi - qeyri-yaşayış sahəsinin mərtəbəsi;

5.5.3. tikintiyə icazə sənədləri üzrə ümumi sahə (kv.m) - qeyri-yaşayış sahəsinin tikintiyə icazə sənədləri üzrə ümumi sahəsi.

5.6. Mənzilə arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində  mənzilin tikintiyə icazə sənədləri üzrə əsas göstəriciləri: mərtəbəliliyi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m).

5.7. Fərdi yaşayış və bağ evinə arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:

5.7.1. torpaq sahəsi (ölçüsü, ha) - fərdi yaşayış və bağ evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü;

5.7.2. torpaq sahəsinin mülkiyyət növü-fərdi yaşayış və bağ evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü;

5.7.3. torpaq sahəsi üzərində hüququn növü-fərdi yaşayış və bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü;

5.7.4. fərdi yaşayış və bağ evinin tikintiyə icazə sənədləri və ya tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi üzrə nəzərdə tutulan göstəriciləri: liter, mərtəbəliliyi, yaşayış otaqlarının sayı - literlər üzrə fərdi yaşayış və bağ evindəki otaqların sayı, yaşayış sahəsi (kv.m) - literlər üzrə fərdi yaşayış və bağ evinin yaşayış sahəsi, yardımçı sahə - fərdi yaşayış və bağ evinin yardımçı sahəsi, ümumi sahə (kv.m) - literlər üzrə fərdi yaşayış və bağ evinin ümumi sahəsi;

5.7.5. fərdi yaşayış və bağ evinin tikintiyə icazə sənədləri və ya tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi üzrə tərkibi (həyətyanı tikili və qurğular): liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), cəmi).

5.8. Əmlak kompleksi kimi müəssisəyə arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:

5.8.1. təyinatı - əmlak kompleksi kimi müəssisənin təyinatı;

5.8.2. əmlak kompleksi kimi müəssisənin tikintiyə  icazə sənədləri üzrə ümumi sahəsi (kv.m);

5.8.3. torpaq sahəsi (ölçüsü, ha) - əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüsü;

5.8.4. torpaq sahəsinin mülkiyyət növü - əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü;

5.8.5. torpaq sahəsi üzərində hüququn növü - əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü;

5.8.6. əmlak kompleksi kimi müəssisənin tikintiyə icazə sənədləri üzrə tərkibi (həyətyanı tikili və qurğular): liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m).

5.9. Müəssisə filialına arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar göstərilir:

5.9.1. təyinatı- müəssisə filialının təyinatı;

5.9.2. müəssisə filialının tikintiyə  icazə sənədləri üzrə ümumi sahəsi (kv.m);

5.9.3. torpaq sahəsi (ölçüsü, ha) - müəssisə filialının yerləşdiyi torpaq sahəsinin ölçüsü;

5.9.4. torpaq sahəsinin mülkiyyət növü - müəssisə filialının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü;

5.9.5. torpaq sahəsi üzərində hüququn növü - müəssisə filialının yerləşdiyi torpaq sahəsi üzərində qeydiyyata alınan hüququn növü;

5.9.6. müəssisə filialının tikintiyə icazə sənədləri üzrə tərkibi (həyətyanı tikili və qurğular): liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m).

5.10. Kommunikasiyaya arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində aşağıdakı məlumatlar  göstərilir:

5.10.1. təyinatı - kommunikasiyanın təyinatı;

5.10.2. kommunikasiyanın tikintiyə icazə sənədləri üzrə uzunluğu (km).

6. Dövlət reyestrində əvvəlcədən qeydiyyata alınmış daşınmaz əmlaka mülkiyyət hüququnun ipoteka ilə yüklülüyü barədə arayışda göstərilən məlumatlar

6.1.Dövlət reyestrində əvvəlcədən qeydiyyata alınmış daşınmaz əmlaka mülkiyyət hüququnun ipoteka ilə yüklülüyü barədə arayışda aşağıdakı məlumatlar göstərilir:

6.1.1. xeyrinə hüquq yüklü edilən şəxs (şəxslər) - ipoteka saxlayanın adı;

6.1.2. hüququ yüklü edilən şəxs (şəxslər) - ipotekaya qoyanın adı;

6.1.3. yüklü edilən əmlakın (əmlak hissəsinin) adı və ünvanı - yüklü edilən daşınmaz əmlak obyektinin təsviri;

6.1.4. yüklülüyün növü -  ipoteka;

6.1.5. yüklülüyün müddəti - əsas müqavilədən yaranan və icrası yüklülüklə tam və ya qismən təmin edilən borc və digər öhdəliklər və onların icra müddəti;

6.1.6. əsas öhdəliyin mahiyyəti və icra müddəti;

6.1.7. hüququn əvvəlki yüklülüyü - əvvəlki ipoteka saxlayanın adı, yüklülük müqaviləsinin rekvizitləri;

6.1.8. yüklü edilən əmlakın reyestr nömrəsi;

6.1.9. qeydiyyat nömrəsi;

6.1.10. qeydiyyat tarixi;

6.1.11. “Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində   _____ nömrəli reyestr kitabının ____ nömrəli vərəqində qeydiyyata alınmışdır” yazısı;

6.1.12. ipoteka kağızı verildikdə, ipotekanın qeydiyyatı zamanı arayışda bu barədə məlumat göstərilir;

6.1.13. çoxmənzilli yaşayış binasının tərkib hissəsi olan mənzillərdən (qeyri-yaşayış sahələrindən) heç olmasa birinə digər şəxsin mülkiyyət hüququ yaranarsa, binaya bütövlükdə deyil, ümumi paylı mülkiyyət hüququ əsasında reyestrdən arayış verilir.

7.  Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi

7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə  müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir.

7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın  1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur.

8. Arayışın verilməsi və istifadəsi qaydaları

8.1. Arayış qeydiyyata alındıqdan sonra hüquq sahibinə və ya onun vəkil etdiyi şəxsə Xidmətin ərazi idarəsində və ya onun rayon (şəhər) şöbəsində icraçı tərəfindən təqdim edilir. Arayışı almaq hüququ olan şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə jurnalda imza edir, tarix qoyur və bundan sonra ona arayış verilir.

8.2. Müraciət etmiş şəxsə arayışın və ya arayış verilməsindən imtina edilməsi üçün bu Təlimatın 8.3-cü bəndində nəzərdə tutulmuş imtina halları mövcud olduqda əsaslandırılmış imtina məktubunun yazılı və ya elektron formada verilməsi 1 (bir) iş günü müddətində təmin edilməlidir.

8.3. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər:

8.3.1. arayışın alınması üçün ərizə bu Təlimatın 1.2-ci bəndində göstərilmiş şəxslər tərəfindən verilmədikdə;

8.3.2. məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə.

8.4. Arayışın etibarlılıq müddəti (bu Təlimatın 5-ci hissəsi istisna olmaqla) 30 (otuz) gündür. Bələdiyyə torpaqlarının hərraca və ya müsabiqəyə çıxarılması üçün arayış hərracın və ya müsabiqənin aparılması üçün verilir və bu arayışda qeyd olunur. Bu halda arayış qeydiyyata alındığı gündən 45 (qırx beş) gün müddətində etibarlıdır. Arayış verildikdən sonra həmin torpaq sahəsi üzərində hər hansı bir məhdudiyyət yaranarsa, bu barədə hərrac və ya müsabiqə komissiyasına Xidmətin ərazi idarəsi tərəfindən məlumat verilir.

8.5. Arayış hazırlandıqdan sonra (hazırlanmanın son icra tarixindən etibarən) 1 (bir) ay müddətində ərizəçi tərəfindən götürülməzsə, həmin arayış ləğv edilir və işə alınaraq arxivə təhvil verilir. Ərizəçi yeni arayış almaq üçün yenidən ərizə ilə müraciət etməlidir.

8.6. Arayış yararsız hala düşdükdə (bu halda arayış onu verən Xidmətin ərazi idarəsinə qaytarılır) və ya itirildikdə hüquq sahibinin müraciəti əsasında yeni arayış tərtib edilir və üzərinə “DUBLİKAT“ ştampı vurulur.

8.7. Ərizəçi arayışın müddətini uzatmaq istədiyi halda, arayışın etibarlılıq müddəti bitdikdən sonra 10 (on) iş günü müddətində arayış qaytarılır, dövlət reyestrində saxlanılan məlumatlarda dəyişiklik olmadıqda, 3 (üç) iş günü müddətində üzərinə “Vaxtı uzadılmışdır“ sözləri və yeni qeydiyyat tarixi yazılıb möhürlə təsdiqlənərək 20 (iyirmi) gün müddətinə uzadılır. Arayışda göstərilən məlumatlarda dəyişiklik olarsa, arayışda müvafiq düzəlişlər edilərək möhürlə təsdiqlənir.

8.8. Bu Təlimatın 8.7-ci bəndi ilə müəyyən edilmiş qaydada və müddətdə arayışın etibarlılıq müddəti yalnız bir dəfə uzadılır.

8.9. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na və 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq arayışın elektron xidmət göstərilməsi yolu ilə verilməsi bu Təlimatla və inzibati reqlamentlə müəyyən olunmuş qaydada həyata keçirilir.

8.10. Hüquq sahibinin yazılı və ya elektron sorğusuna (5 nömrəli əlavə) əsasən ona məxsus olan daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə verdiyi arayışlar (məlumatlar) barədə yazılı və ya elektron bildiriş (6 nömrəli əlavə) sorğu verildiyi gün iş vaxtı ərzində Xidmətin ərazi idarəsi tərəfindən hüquq sahibinə verilməlidir.

 

________________

 

 

 

“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a

1 nömrəli əlavə

 

Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair

ARAYIŞ

 Verilir _____________________________________________________________________________________ ondan ötrü ki,

(hüquq sahibinin adı)

_________________________________________________________________________________ ünvanında yerləşən _______________________

(daşınmaz əmlak obyektinin ünvanı)(daşınmaz   əmlakın növü)

üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ___ nömrəli reyestr kitabının ___ nömrəli vərəqində qeydiyyata alınmışdır.

 

Mülkiyyətçilər haqqında məlumat

Sıra

¹-si

Hüquq sahibinin adı

Payı

Qeydiyyat nömrəsi

Qeydiyyat tarixi

 

 

 

 

 

 

Hüquqmüəyyənedici sənəd haqqında məlumat

Sənədin adı

Sənədi verən təşkilatın adı

Sənədin nömrəsi

Sənədin tarixi

 

 

 

 

 

Daşınmaz əmlakın təsviri

 

 

 

 

 

 

 

Məhdudlaşdırılma (yüklülük) haqqında məlumat ____________________

 ____________________________________________________________

 

Arayış qeydiyyata alındığı gündən 30 (otuz) gün müddətində etibarlıdır.

 

______________

 

 

“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a

2 nömrəli əlavə

 

Hüquqların əvvəlcədən qeydiyyatı barədə daşınmaz əmlakın

dövlət reyestrindən

ARAYIŞ

Hüququ rəsmiləşdirilən şəxs

 

Daşınmaz əmlakın adı (növü)

 

Ünvanı (olduğu yer)

 

Daşınmaz əmlakın mülkiyyət növü

 

Daşınmaz əmlak üzərində hüququn növü

 

Reyestr nömrəsi

 

 

Daşınmaz əmlakın təsviri

 

 

 

 

 

 

 

Hüquq sahibləri

Sıra ¹-si

Hüquq sahibinin adı

Paylar

Qeydiyyat nömrəsi

Qeydiyyat tarixi

 

 

 

 

 

                                                             

 

Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində ___ nömrəli reyestr kitabının __ nömrəli vərəqində əvvəlcədən qeydiyyata alınmışdır.

______________

“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a

3 nömrəli əlavə

 

Daşınmaz əmlakın dövlət reyestrində

qabaqcadan qeydiyyata alınmış hüquqların yüklülüyü barədə

ARAYIŞ

 

 

Xeyrinə hüquq yüklü edilən şəxs (şəxslər)

 

Hüququ yüklü edilən şəxs (şəxslər)

 

Yüklü edilən əmlakın (əmlak hissəsinin) adı və ünvanı

 

Yüklülüyün növü

 

Yüklülüyün müddəti

 

Əsas öhdəliyin mahiyyəti və icra müddəti

 

Hüququn əvvəlki yüklülüyü

 

Yüklü edilən əmlakın reyestr nömrəsi

 

Qeydiyyat nömrəsi

 

Qeydiyyat tarixi

 

 

Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində ___ nömrəli reyestr kitabının ___ nömrəli vərəqində qeydiyyata alınmışdır.

 

______________

 

“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a4 nömrəli əlavə

                                                                                                                                           

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri

Xidmətinin ____________Ərazi İdarəsinin rəisi

          

Ərizə

Qeydiyyat nömrəsi

Verilmə tarixi

Son icra tarixi

 

 

 

 

 

Ərizəçi haqqında məlumatlar

Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Əlaqə telefonları

 

 

 

Ərizənin məqsədi

 Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın alınması

 

Əmlak haqqında məlumatlar

 

Hüquq sahibi

 

 

Əmlakın növü

 

 

Reyestr nömrəsi

 

 

Ünvanı

 

 

Ərizəyə əlavə olunan sənədlər

1. Hüquq sahibi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizə hüquq əldə edənin adından başqa şəxs tərəfindən verildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin və şəxsiyyətini təsdiq edən sənədin surəti).

2. Hüquq sahibi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən etibarnamə və şəxsiyyət vəsiqəsinin surəti.

3. Ərizə bələdiyyə tərəfindən verildikdə, bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş ərizə və bələdiyyə nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə

 

Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası  ___

_____________________________________________________________

 

Ərizəçinin imzası    _______________

 

 

Ərizəçidə saxlanılan hissə

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri

Xidmətinin ___________ Ərazi İdarəsi

 

Ərizəçinin soyadı, adı və atasının adı

 

Ərizənin qeydiyyat nömrəsi

 

Ərizənin son icra tarixi

 

Ərizəni qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı və imzası  

 

Hazır olma tarixi 

 

İş vaxtı: 9:00 – 18:00              Fasilə: 13:00 – 14:00

 

 

______________

 

 

“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 5 nömrəli əlavə

                                                                                                                     

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri

Xidmətinin _______________ Ərazi İdarəsinin rəisi ____________

 

Sorğu

qeydiyyat nömrəsi

verilmə tarixi

son icra tarixi

 

 

 

 

 

Hüquq sahibi (sahibləri) haqqında məlumatlar

Soyadı, adı və atasının adı (hüquqi şəxsin adı)

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan)

 

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi, tarixi, adı və hüquqi ünvanı

 

Etibarnamənin nömrəsi və tarixi

 

Əlaqə telefonları

 

 

Sorğunun mətni

Xahiş edirəm __________________________________________ olan,

(mülkiyyətimdə, icarəmdə və ya istifadəmdə)

 ___________________________________________ünvanında yerləşən

_______________________ dair digər şəxslərə verilən arayışlar (məlumatlar) barədə bildiriş verəsiniz.

 

Tarix

İmza

______________

“Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a                             6 nömrəli əlavə

          

 

______ ____________  20_____ il   ¹ ______________

 

Daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə

verdiyi arayışlar (məlumatlar) barədə

 

Bildiriş

            Hüquqi sahibi  _____________________________________________

            Ünvan  ___________________________________________________

 

Bildirişin mətni

_____________________________olan, __________________________

         (mülkiyyət, icarə və ya istifadənizdə)                                

___________________________________________ ünvanında yerləşən         

________________ dair digər şəxslərə verilən arayış (arayışlar) (məlumat) barədə bildirişin verilməsinə dair __________________________ qeydiyyat nömrəli  ____________ tarixli sorğunuza baxılmışdır.

_____________________________________________________qeydiyyat nömrəli _______________tarixli müraciəti (sorğusu) əsasında göstərilən əmlaka (əmlaklara) dair ____________________________ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin müddəalarına əsasən ___________ qeydiyyat nömrəli _____________ tarixli arayış (məlumat) verilmişdir

 

 

 

 

 

 

 

 

ya

 

Bildirişin mətni

____________________________olan, ________________________

(mülkiyyət, icarə və ya istifadənizdə)

_____________ünvanında yerləşən___________ haqqında digər şəxslərə verilən arayış (arayışlar) (məlumat) barədə bildirişin verilməsinə dair ____________qeydiyyat nömrəli  ____________ tarixli sorğunuza baxılmışdır.

Bildiririk ki, göstərilən əmlaka (əmlaklara) dair digər şəxslərə arayış (məlumat) verilməmişdir

 

Azərbaycan Respublikası Əmlak

Məsələləri Dövlət Komitəsinin yanında

Daşınmaz Əmlakın Dövlət Reyestri

Xidmətinin __________________

Ərazi İdarəsinin rəisi

 

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.-  10 oktyabr.- S. 1.