Prezidentin Mətbuat Xidmətinin məlumatı

 

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Ankarada baş vermiş dəhşətli terror aktı nəticəsində xeyli sayda insanın tələf olması yaralanması xəbərindən dərin sarsıntı hissi keçirdiyini bildirib, ölənlərin ailə üzvlərinə yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı çatdırıb.

Prezident İlham Əliyev bu ağır dəqiqələrdə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu bir daha vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə başsağlığına görə minnətdarlığını bildirib.

 

Azərbaycan.- 2015.- 11 oktyabr.- S. 1.