Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
315 Bakı şəhəri,
5 oktyabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda
dəyişiklik edilməsi
haqqında
“Mingəçevir Dövlət Universitetinin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyul tarixli 1335 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, №7, maddə 745, №10, maddə 969, №12, maddələr 1241, 1245; 2012, №3, maddə 257, №4, maddə 399, №6, maddələr 633, 634, №12, maddə 1346; 2013, №6, maddə 775, №9, maddə 1130; 2014, №1, maddə 72, №2, maddə 214, №6, maddə 751, № 7, maddə 907, №9, maddə 1120; 2015, №3, maddə 336, №6, maddə 807; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli 280 nömrəli və 29 sentyabr tarixli 312 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinin 20-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“20. Mingəçevir Dövlət Universiteti”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 11 oktyabr.- S. 1.