Vətənə mərdliklə bağlanıblar

 

O burulğanlı illərdə Niyazi Aslanov otuz yaşına yenicə yetişirdi. Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuşdu. Altay vilayətində hərbi xidməti keçib vətənə qayıdanda aləm bir-birinə qarışmışdı. Tapqaraqoyunlu kəndi düşmənlə ön atəş mövqeyində idi. Narahatlıq, nigaranlıq hər gün, hər saat artırdı. 

1992-ci il fevralın 1-də təsərrüfat başçısı Alim Orucovun üç uşağı - Ramil, Habil Lalə həyətlərində oynayandaYaltaxlı”dan atılanQradmərmilərinə tuş gəldilər. Üçü həlak oldu. Fevralın 19-da “Alazantipli raket bir neçə evi dağıtdı, tövlələri yandırdı, mal-qaranı tələf etdi. Bundan bir qədər sonra, martın 17-də kənddə keşik çəkən Namiq Qarayev, Qurban Məmmədov Balaxan Dəmirov minaya düşdülər. Beləcə ölüm-itim qaşla göz arasında idi. Zalım düşmən təpədən-dırnağa kimi silahlı idi, bizlərdən isə hətta ov tüfəngləri yığılmışdı.

Kəndin mərd oğulları ilə birlikdə Niyazi Aslanov özünümüdafiə dəstəsi yaratdı. Güman gələn yerlərdən silah-sursat axtarmağa başladılar. Yarğanların birində iki tank tapdılar, onları təmir edərək işlək vəziyyətə gətirdilər.Niyazinin tanklarıətrafa od saçırdı. Tankçı N.Aslanov döyüş yoldaşları ilə birlikdə Şəfəq, Gürzallar, Todan, Sarısu kəndlərinin düşmən əlinə keçməsinin qarşısını aldı. Bir müddət eyni cəsarətlə Tərtər Ağdam bölgələrində vuruşdu. 1992-ci ilin may ayının 4-də o, Tapqaraqoyunlu kəndinin yaxınlığında gedən gərgin döyüş zamanı bölmə komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak oldu. 1993-cü il fevral ayının 5-də ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Niyazi Aslanovun döyüş dostları igid şəhidin ənənələrini yaşadır, hər gün, hər an doğma vətən torpaqlarını mərdliklə müdafiə edirdilər. Onların bu şücaəti ulu öndər Heydər Əliyev tərəfindən dəfələrlə qeyd olunmuşdu.

2002-ci il sentyabrın 13-də ümummilli lider Goranboya səfəri zamanı rayon sakinlərinin, öncə tapqaraqoyunluların erməni işğalçılarına qarşı qətiyyətli müqavimətini xüsusi qeyd edərək demişdi: “1993-cü ildə mən rəhbərliyə qayıdanda iki-üç gündən bir mənə məlumat gəlirdi ki, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə ermənilər hücum ediblər. Təbii, erməni qəsbkarları istəyirdilər ki, gəlib bu torpaqları da işğal etsinlər. Azərbaycanın ordu hissələri xüsusən siz burada bunun qarşısını aldınız”.

Niyazi Aslanovun yurdu Tapqaraqoyunlu, özü qəhrəman kənddir. Neçə ildir, ön atəş mövqeyində düşmənə sinə gərir. Onların hər hərəkətinə mərdliklə cavab verir. Milli Qəhrəmanın ata yurdunda hünərli, qeyrətli, doğma torpağa sədaqətli insanlar yaşayırlar. İndiyə kimi bu qartallar məkanından bircə nəfər belə doğma ata-baba yurdunu tərk etməmişdir. Əhali əkin-biçinlə məşğul olur, evlər tikir, binalar ucaldır, yollar salır, körpülər, keçidlər düzəldirlər. Kəndin başında milli üslubda giriş qapısı tikilib. Ən baxımlı guşədə Azərbaycan bayrağı dalğalanır. Yaşıllıqlar qoynunda orta məktəb binası tikilib. Xeyir-şər evi inşa olunub. Şəhidlərin şərəfinə döyüş-xatirə abidələr kompleksi yaradılıb. Murovdağdan su çəkilib, hər bir evin qabağında fərdi bulaq qoyulub. Namərd gülləsindən mühafizə məqsədilə 1300 metr istinad divarı çəkilib. Dövlətin dəstəyi ilə 28 yaşayış evi bərpa olunub, 63 ev yenidən tikilib. Daha 312 evin tikilməsinə hazırlıq görülür.

Qəhrəmanın yurdunda söhbət elədiyim hər kəs torpaqların hökmən azad ediləcəyindən danışır bu sahədə ölkə miqyasında sistemli surətdə görülən işləri alqışlayır. Şəhid oğlu Abbas Allahverdiyev, Qarabağ müharibəsi əlili Şahmar Əhmədov, rus dili müəllimi Mühəndis İsmayılov başqaları deyirlər ki, ölkənin hər bir qeyrətli oğlu kimi biz vətənin müdafiəsinə, torpaqların azad edilməsinə hazırıq. Milli Qəhrəman Niyazi Aslanovun iki oğlu var. Onlardan Həzi Aslanovla görüşdüm. H.Aslanov deyir ki, “ikimiz hər an şəhidlərin qisasını almaq, torpaqlarımızı azad etmək arzusu ilə yaşayırıq. Əminik ki, dövlətimizin bu sahədə yeritdiyi inamlı siyasət, ardıcıl surətdə gördüyü işlər xalqımızı layiqli qələbələrə aparacaqdır. Milli Qəhrəmanın oğlu kimi mən qardaşım Naillə birlikdə bu yürüşün önündə getməyə hazıram”.

 

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2015.- 11 oktyabr.- S. 5.