Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasının 6-cı ildönümü qeyd edilib

 

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) rəsmi fəaliyyətə başlamasının 6-cı ildönümü 3 oktyabrTürkdilli Ölkələrin Əməkdaşlıq Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

TDƏŞ tərəfindən təşkil olunan mərasimdə Türkiyənin Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndələri, qardaş ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların İstanbuldakı diplomatik korpusun rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Təbirin əvvəlində TDƏŞ-in fəaliyyətini əks etdirən film nümayiş olunub.

Mərasimdə çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov TDƏŞ-in təsis edilməsinin tarixi əhəmiyyəti, təşkilatın keçdiyi inkişaf yolu, ötən dövrdə əldə olunan nailiyyətlərdən danışıb.

Mərasim ziyafətlə davam edib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

Azəörbaycan.- 2015.- 11  oktyabr.- S. 5.