Almaniya KİV-lərində Azərbaycanın turizm potensialına dair məqalələr yayılıb
Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkəti arasında əməkdaşlıq çərçivəsində ölkəmizin turizm potensialının Almaniya kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə “Azərbaycanda spa və idman turizmi” mövzusunda press-tur keçirilib. Press-tur çərçivəsində Almaniyanın aparıcı KİV nümayəndələri Azərbaycanın paytaxtı Bakı ilə yanaşı, Quba və Qusar rayonlarına da səfər ediblər.
Press-turun nəticəsi olaraq Almaniyanın www.demipress.me və www.reiseknipse.de saytlarında, həmçinin Twitter, Instagram, Facebook kimi sosial şəbəkələrdə ölkəmizin turizm potensialına dair məqalələr yerləşdirilib.
Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ və təşviq olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə “Aviareps Tourism GmbH” şirkəti arasında əməkdaşlıq artıq ikinci ildir ki, uğurla davam edir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 11 oktyabr.- S. 5.