Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya

 

Hörmətli Aleksandr Qriqoryeviç!

Yenidən Belarus Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz yürütdüyünüz davamlı sosial-iqtisadi inkişafa əhalinin rifahının yüksəldilməsinə, ölkənizin dünya birliyində mövqelərinin möhkəmlənməsinə yönəlmiş xəttin dost Belarus xalqı tərəfindən dəstəklənməsinə dəlalət edir.

Əminəm ki, bundan sonra da bizim birgə səylərimiz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ənənəvi dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın çoxplanlı qarşılıqlı əlaqələrin inkişafına genişlənməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 13 oktyabr.- S. 4.