AMEA Gənc Alim Mütəxəssislər Şurasının üzvləri Akademik Zərifə Əliyeva adına Liseydə

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim Mütəxəssislər Şurasının üzvlərinin Akademik Zərifə Əliyeva adına Liseyin pedaqoji kollektivi istedadlı şagirdləri ilə görüşü olub.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın gənc alimlərini salamlayan liseyin direktoru, Əməkdar Müəllim Mehriban Vəliyeva liseyin əsas məqsədinin milli-mənəvi dəyərlərə, yaradıcı təfəkkür məntiqi yanaşmaya malik gənclərin dünyaya inteqrasiya etməsinə, müstəqil şəxsiyyət kimi formalaşmasına şərait yaratmaq olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, liseydə təlim-tərbiyə, səmərəli təhsil yanaşmaları müasir tələbləri ödəyən metod texnologiyalar üzərində qurulur. Təhsil müəssisəsində tədris prosesinin tədqiqatyönümlü olmasına şərait yaradılır, şagirdlərin istedadı müxtəlif yollarla aşkara çıxarılır dərsdənkənar təlim imkanları genişləndirilir. Bu məqsədlə liseydə istedadlı şagirdlərdən ibarətKiçik Akademiyayaradılıb. Bu akademiyanın üzvləri Təhsil Nazirliyi tərəfindən hər il keçirilənSabahın alimlərielmi müsabiqədə fəal iştirak edərək, riyaziyyat, kimya, fizika digər fənlər üzrə qalib olurlar. İstedadlı şagirdlər, həmçinin beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil edirlər.

Lisey direktoru AMEA ilə əməkdaşlıqda əsas məqsədin şagirdlərin elmi biliklərini inkişaf etdirərək, uğurlu nəticələrin əldə edilməsi olduğunu söyləyib.

AMEA Gənc Alim Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, şura yaradılarkən AMEA-nın prezidenti, akademik Akif Əlizadənin əsas tövsiyələrindən birinin orta ali məktəblərdə istedadı ilə fərqlənən şagird tələbələrin elmə cəlb edilməsi olduğunu bildirib. Qeyd edilib ki, bu baxımdan Akademik Zərifə Əliyeva adına Lisey ilə əməkdaşlıq etmək bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Şura sədri müxtəlif fənlər üzrə müsabiqələrə qatılan şagirdləri onları maraqlandıran prioritet sahələrlə tanış olmaq məqsədilə AMEA institutlarına dəvət edib. O, şagirdlərin elmi ideyalarını layihəyə çevirərək, beynəlxalq müsabiqələrə qatılmaları üçün onlara akademiya tərəfindən dəstəyin göstəriləcəyini bildirib.

Sonra AMEA Gənc Alim Mütəxəssislər Şurasının üzvləri şagirdlərin suallarını cavablandırıblar.

 

Azərbaycan.- 2015.- 13 oktyabr.- S. 11.