Azərbaycan alimləri Ufada keçirilən fəlsəfə konqresində iştirak ediblər

 

Oktyabrın 6-dan 10-dək UfadaFəlsəfə. Tolerantlıq. Qloballaşma. Şərq Qərb - dünya baxışları dialoqumövzusunda növbəti, VII Rusiya fəlsəfə konqresi keçirilib. Bu tədbir üç ildə bir dəfə Rusiya regionlarının birində keçirilir.

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin dəstəyi ilə konqresin işində Azərbaycan alimləri - fəlsəfə elmləri doktoru, Rusiya Dövlət Sosial Universitetinin professoru İbrahim Məlikov fəlsəfə doktoru, Rusiya Elmlər Akademiyası Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini Ariz Gözəlov da iştirak edib.

Konqres çərçivəsində Azərbaycan alimləri konqresin açılışında iştirak edən Başkortostan Respublikasının Prezidenti Rüstəm Xamitova Başkortostan Dövlət Universitetinin rektoru, professor Nikolay Morozkinə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi adından xatirə hədiyyələri Əliyev qiraətləri”nin materiallarından ibarət kitablar təqdim ediblər.

Konqresdə Azərbaycan alimləriEtnos fəlsəfəsi millətlərarası münasibətlər mədəniyyətimövzusundadəyirmi masa”nın moderatorları qismində çıxış ediblər. Bu “dəyirmi masaHeydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin dəstəyi ilə vaxtaşırı keçirilən mədəniyyətlərin dialoquna dair konfransların bir növ məntiqi davamı olub.

A.Gözəlovdəyirmi masa”da çıxış edərək mədəniyyətlərarası dialoq probleminin beynəlxalq münasibətlər üçün əhəmiyyətini vurğulayıb konfrans iştirakçılarınaƏliyev qiraətləribarədə məlumat verib. İ.Məlikov bu məqama diqqəti cəlb edib ki, millətlərarası münasibətlərdə tolerantlıqdan dialoq mədəniyyətinə keçmək lazımdır. Dəyirmi masa”da Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Rövşən Hacıyev çıxış edərək etnosa mədəni fenomen kimi baxmağın vacibliyini vurğulayıb.

Bundan əlavə, Azərbaycan alimləri Ümumrusiya Azərbaycanlılar Konqresinin Başkortostan regional bölməsi ilə birlikdə şəxsən həmin bölmənin rəhbəri Mirzə Dadaşovun dəstəyi iləMədəniyyətlərin dialoqu: sosial, siyasi dəyər aspektlərikitabının təqdimatını keçiriblər. Kitabda 2014-cü ilin dekabr ayında Heydər Əliyevin xatirəsinə həsr edilmiş Moskva forumunun materialları toplanıb. Təqdimatda Rusiya Fəlsəfə Cəmiyyətinin prezidenti, Rusiya EA akademiki Vyaçeslav Stepin, Rusiya EA Fəlsəfə İnstitutunun direktoru, Rusiya EA akademiki Abdusalam Hüseynov, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor Aleksandr Çumakov MDB ölkələrini təmsil edən digər görkəmli alimlər iştirak ediblər.

 

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2015.- 13 oktyabr.- S. 11.