Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
295 Bakı şəhəri,
7 sentyabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci
il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı
və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri
üçün tikinti
layihələrinin onların
həyata keçiriləcəkləri
ərazinin planlaşdırılması
sənədlərinə (baş
planlara və (və ya) ümumi
planlara), habelə müfəssəl planın
hazırlanması zamanı
nəzərə alınan
tələblərə uyğunluğunun
müəyyənləşdirilməsi Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 58) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci bəndə “tərəfindən” sözündən sonra və 3.2-ci bəndə “işlənilərək” sözündən sonra “dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə” sözləri əlavə edilsin.
2. 2.4.7-ci yarımbəndə “abidələri” sözündən sonra “, onların əraziləri və mühafizə zonaları” sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 14 oktyabr.- S. 4.