Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 316                                    Bakı şəhəri, 5 oktyabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmişİstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi ya məhv edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1267-IVQD nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 iyun tarixli 1259 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli

27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 128; 2009, № 1, maddə 32; 2014, № 2, maddə 201, № 7, maddə 930) ilə təsdiq edilmişİstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi ya məhv edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci 2-ci hissələrəyararlılıq müddəti qurtarmışsözlərindən sonra  , genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunmuşsözləri əlavə edilsin.

2. 15-ci hissəyəməhv edilirsözlərindən əvvəl “, habelə genetik modifikasiya olunmuş bitkilər, yaxud müasir biotexnoloji gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarısözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 14 oktyabr.- S. 4.