Beynəlxalq Qırmızı Xaç Komitəsinin regional direktoru Xarici İşlər Nazirliyində olub

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Avropa Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Patrik Vial Azərbaycan BQXK arasında 20 ildən çox dövrü əhatə edən əməkdaşlıqdan regiona səfəri çərçivəsində Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edib.

Komitənin Azərbaycanda fəaliyyət istiqamətləri haqqında məlumat verən P.Vial bu xüsusda təcridxanaların şəraiti, cəbhə xəttinə yaxın ərazilərdə mülki şəxslər üzrə itkin düşmüş şəxslərin taleyi kimi sahələri qeyd edib. O, Azərbaycanda penitensiar sistemin inkişafı təcridxanalarda şəraitin əsaslı şəkildə yaxşılaşdırılmasını xüsusi olaraq diqqətə çatdırıb.

Əsir itkin düşmüş şəxslərlə bağlı Azərbaycan tərəfinin narahatlıqlarını bölüşən P.Vial ailə üzvlərinin itkin düşmüş yaxınları haqqında məlumat əldə etmək hüququnu bir daha xatırladıb. Azərbaycan Ermənistan prezidentlərinin 2014-cü il Paris görüşündə əldə edilmiş, itkin düşmüş şəxslər üzrə məlumatların mübadiləsini ehtiva edən razılaşmanın bu sahədə irəliləyişlərə təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Nazir E.Məmmədyarov əsir itkin düşmüş girov götürülmüş şəxslərlə bağlı BQXK-nın nəcib xarakterli fəaliyyətini qeyd edərək, Ermənistanın sırf humanitar xarakter daşıyan bu məsələdə konstruktiv mövqe nümayiş etdirməsinə ciddi ehtiyac olduğunu vurğulayıb. Ermənistanın Azərbaycana qarşı təcavüz işğalı nəticəsində 4000 nəfərdən artıq azərbaycanlının sənədləşdirilmiş şəkildə itkin düşmüş şəxs hesab olunduğunu diqqətə çatdırıb. O, bu şəxslərin əksəriyyətinin Ermənistan tərəfindən qətlə yetirildiyini, Ermənistan ərazisində işğal olunmuş ərazilərdə kütləvi məzarlıqlarda basdırıldığını deyib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan Ermənistan prezidentlərinin 2014-cü ildə Parisdə keçirilmiş görüşündə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, bioloji məlumat bazasının yaradılması üzrə humanitar xarakter daşıyan bu təklifə Azərbaycanın dərhal müsbət münasibət bildirdiyini xatırladıb. Ermənistanın etimad quruculuğuna xidmət edəcək bu təklifdən müxtəlif bəhanələrlə yayındığını, itkin düşmüş şəxslər kütləvi məzarlıqlar barədə məlumat mübadiləsinə imkan vermədiyini diqqətə çatdırıb.

Soydaşlarımız Dilqəm Əsgərov Şahbaz Quliyevin ata-analarının qəbirlərini ziyarət edərkən öz tarixi torpaqlarında Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülməsi məsələsini gündəmə gətirən E.Məmmədyarov Ermənistanın bu şəxsləri dərhal azad etməsi üçün beynəlxalq təsisatlar ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səylərin artırılmasının vacibliyini vurğulayıb.

Nazir Ermənistan tərəfindən mülki əhalinin hədəf seçilərək atəşə tutulması hallarının artmasının yolverilməz olduğunu deyərək, 2015-ci il sentyabrın 1-də Tərtər rayonunun Qapanlı kəndində toy mərasiminin atəşə tutulmasının nəticələrinin beynəlxalq humanitar hüququn pozulmasına əyani sübut olduğunu deyib. Ümumilikdə isə cəbhə boyunca atəşkəsin pozulmasının itkilərin qarşısının alınması üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu əlavə edib.

Nazir, həmçinin qonağa Ermənistan tərəfindən Suriyadan olan erməni mənşəli şəxslərin Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılmasının beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayaraq, bu məsələnin BQXK-nın mandatı əsasında araşdırılmalı olduğunu bildirib. Ermənistan tərəfindən Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasının davamlı sistematik hal aldığını nəzərə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlərlə yanaşı, Avropada miqrasiya böhranı ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 14 oktyabr.- S. 10.