Yaponiya hökuməti Şəkidə daha bir layihə reallaşdırır

 

Şəki şəhərində Yaponiya hökumətininOt kökləri insan təhlükəsizliyiqrant yardımı proqramı çərçivəsindəŞəkinin Çayqaraqoyunlu kəndində su təchizatı sisteminin inkişafılayihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi şəhər rəhbərliyi iştirak ediblər.

Layihənin rəhbəri, “Şəki Ekologiya Təhsil Mərkəziİctimai Birliyinin direktoru Əlirza Məhərrəmov imzalanacaq layihə barədə məlumat verdikdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Yaponiyanın ölkəmizdəki səfirliyi ilə icra hakimiyyəti arasında əməkdaşlığın 2000-ci ildən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Şəkidə bu layihə daxil olmaqla ümumi dəyəri 1 milyon 349 min 892 ABŞ dolları olan 16 layihə üzrə qrant müqaviləsi imzalanıb. Həmin layihələr məktəb uşaq bağçalarının tikintisi, ekologiya, su təchizatı, tibb digər sahələri əhatə edir.

Şəkiyə növbəti səfərindən böyük məmnunluq duyduğunu vurğulayan səfir Tsuquo Takahaşi Yaponiya hökumətininOt kökləri insan təhlükəsizliyiqrant yardımı proqramı çərçivəsində həyata keçirilən layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını qeyd edib. Qeyd edilib ki, proqram çərçivəsində indiyədək Azərbaycanda bu layihə daxil olmaqla ümumi dəyəri 17 milyon 495 min ABŞ dolları olan 205 layihə üzrə qrant müqaviləsi imzalanıb.

Sonra səfir Tsuquo Takahaşi Şəki Ekologiya Təhsil Mərkəziİctimai Birliyinin direktoru Əlirza Məhərrəmov sözügedən layihə üzrə qrant müqaviləsini imzalayıblar.

Layihə çərçivəsində Çayqaraqoyunlu kəndində su təchizatı sistemi inşa olunacaq bununla kənd əhalisinin su problemi həll ediləcək. Layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 89 min 995 ABŞ dollarıdır. İşlərin bir neçə aya tamamlanması nəzərdə tutulur.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2016.- 14 oktyabr.- S. 11.