"ITU Telecom World 2015” sərgisi öz işinə başlayıb

 

Budapeştdə BMT-nin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə "ITU Telecom World 2015” sərgisi start götürüb. Beynəlxalq sərgidə Azərbaycan rabitə yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 15-dək davam edəcək tədbir əsas direktiv tənzimləyici orqanların nümayəndələrini, sahə mütəxəssislərini, sərmayədarları, sahibkarları novatorları bir araya gətirib.

Qlobal tədbirin məqsədi ideyaların daha geniş operativ yayılmasına, eləcə yaxın gələcəkdə dünyanı daha yaxşı edəcək İKT əsaslı innovativ həllərin tətbiqinin aktivləşdirilməsinə köməyin göstərilməsindən ibarətdir.

Sərgidə inkişaf etmiş inkişaf etməkdə olan bazarlar tərəfindən təqdim edilən rəqəmli həllərin, ölkələri regionları təmsil edən yeni yaradılmış müəssisələrin dünyanın sahə üzrə aparıcı nümayəndələrinin ən yaxşı ideyalarının nümayiş etdirilməsi nəzərdə tutulur.

TədbirdəHuawei”, “Intel”, “Magyar Telekom”, “TDIA and ZTE” kimi nəhəng şirkətlər, o cümlədən Azərbaycan, Çin, Cibuti, Macarıstan, Koreya Respublikası, Malavi, Nigeriya, Səudiyyə Ərəbistanı kimi ölkələrin yüksək səviyyəli nümayəndələri iştirak edir.

“ITU Telecom World 2015” sərgisində Azərbaycanın milli pavilyonunda dövlət qurumlarının 20-dək özəl informasiya texnologiyaları şirkətinin nümayəndələri iştirak edirlər. Sərgi çərçivəsində keçiriləcək rabitə tənzimləyicilərinin rəhbərlərinin sammitində nazir Əli Abbasovun məruzə ilə çıxış edəcəyi gözlənilir.

 

Azərbaycan.- 2015.- 14 oktyabr.- S. 12.