Luvr Muzeyinin Karusel
qalereyasında istedadlı
rəssam Məryəm
Ələkbərlinin fərdi
sərgisi nümayiş
etdiriləcək
Fransız incəsənət həvəskarları qarşısında öz yaradıcılığını dəfələrlə nümayiş etdirən gənc istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin növbəti fərdi sərgisi oktyabrın 23-də Luvr Muzeyinin Karusel qalereyasında təşkil olunacaq.
Xatırladaq ki, iyunun 12-də Karusel qalereyasında keçirilən möhtəşəm “Art Shopping” festivalı çərçivəsində Məryəm Ələkbərlinin sərgisi nümayiş etdirilib.
Məryəmin əsərləri doğma vətəni Azərbaycanda və onun hüdudlarından kənarda – Almaniyada, İtaliyada, Rusiyada, Türkiyədə, Litvada və dəfələrlə Fransada nümayiş etdirilib və müəllifə böyük uğur qazandırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2015.- 14 oktyabr.- S. 12.