Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2015-ci ildə Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi pedaqoq Cahangir Məşədi Rza oğlu Zeynalovun anadan olmasının 150 illiyi tamam olur.

Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirmiş həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaratmışdır. Onun yüksək əhəmiyyətə malik sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən layiqincə davam etdirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq milli teatr sənətinin inkişafında mühüm xidmətləri olan görkəmli sənətkar Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi görkəmli teatr xadimi Cahangir Zeynalovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 15 oktyabr.- S. 1.