“Azərbaycan Respublikası
hökuməti ilə
Polşa Respublikası
hökuməti arasında
dəniz nəqliyyatına
dair” Sazişin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası hökuməti ilə Polşa Respublikası hökuməti arasında dəniz nəqliyyatına dair” 2015-ci il mayın 20-də Varşava şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 15 oktyabr.- S. 1.