“Azərbaycan Respublikası
hökuməti ilə
Türkiyə Respublikası
hökuməti arasında
xüsusi təyinatlı
qüvvələrinin təliminin
keçirilməsinə Ev
Sahibi Ölkə dəstəyinin şərtlərinə
dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” 2015-ci il martın 21-də Bakı şəhərində və 2015-ci il aprelin 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 15 oktyabr.- S. 1.