Dövlət qulluğu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq  qərara alır:

Dövlət qulluğu haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10,  № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007,  № 2, maddə 83,  № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012,  № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488) aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci maddə üzrə:

1.1. 8.1.1-ci maddəyəAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsisözlərindən sonra,ümumi ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsisözləri əlavə edilsin;

1.2. 8.1.2-ci maddədənAzərbaycan Respublikasının Ali Məhkəməsi,” sözləri çıxarılsın.

2. 11-ci maddə üzrə:

2.1. 11.1.1.1-ci maddəyəAzərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsisözlərindən sonra “, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsisözləri əlavə edilsin;

2.2. 11.1.2.1-ci maddəyəmüavini vəzifəsi,” sözlərindən sonraAzərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi,” sözləri əlavə edilsin;

 2.3. 11.1.3.1-ci 11.1.4.1-ci maddələrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsininsözləri “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsininsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 15 oktyabr.- S. 2.