Pakistanın “Diplomatic Star” jurnalında Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqi ilə bağlı məqalə dərc edilib

 

Pakistanın ingilis dilində çap olunan “Diplomatic Star” jurnalında Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqi ilə bağlı məqalə dərc edilib.

Məqalədə dövlətimizin başçısının Azərbaycan iqtisadiyyatının inkişafı, həyata keçirilən layihələr, sosial sahədə əldə edilən uğurlara dair fikirləri geniş yer alıb.

Müəllif Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə yer verib. Dövlətimizin başçısına istinadla qeyd edilib ki, münaqişə yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həll edilməlidir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

 

 

Azərbaycan.- 2015.- 15 oktyabr.- S. 8.