Yol hərəkəti haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli FərmanınıYol hərəkəti haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1261-IVQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 522 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Yol hərəkəti haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 9 iyun tarixli 551 nömrəli Fərmanı) 2-ci hissəsinin üçüncü abzasına “9-cu maddəsinin 1-ci 8-ci hissələrində,” sözlərindən sonra “9-1-ci maddəsinin I hissəsinin ikinci cümləsində IV hissəsində,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 16 oktyabr.- S. 2.