“Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında”
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 713-IV Q nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588) 1.1.9-cu yarımbəndində “turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 16 oktyabr.- S. 2.