Azərbaycanın Baş nazirinin müavini Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

 

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov oktyabrın 15-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib. Baş nazirin müavini ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Abidəni ziyarət edənlər arasındaAzərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn digər rəsmi şəxslər olublar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 oktyabr.- S. 2.