Abid Şərifov Azərbaycanın Gürcüstandakı səfirliyində olub

 

İpək Yolu Beynəlxalq Forumunda iştirak etmək üçün Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov oktyabrın 15-də ölkəmizin Gürcüstandakı səfirliyində olub.

Diplomatlarla görüşdən səfirliyin binası ilə tanışlıqdan sonra Abid Şərifov M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə gəlib. Muzeyin direktoru Leyla Əliyeva Baş nazirin müavininə buradakı mədəniyyət nümunələri barədə məlumat verib.

Sonra Abid Şərifov SOCAR-ın Gürcüstan nümayəndəliyində olub. Nümayəndəliyin rəhbəri Mahir Məmmədov Baş nazirin müavinini SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələr, əldə etdiyi nailiyyətlər barədə məlumatlandırıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 oktyabr.- S. 2.