Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyası İstintaq Komitəsi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyası İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15-də Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi ərazi bütövlüyü uğrunda həlak olmuş oğul qızlarımızın məzarları üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi məşəlabidəsinin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilib.

Görüşdə iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə genişləndiyini söyləyən baş prokuror Zakir Qaralov son illər Azərbaycanda sosial-iqtisadi ictimai-siyasi sahələrdə ardıcıl sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayıb. Dövlətlərimizin başçılarının siyasi iradələri qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini qeyd edən Z.Qaralov bu müsbət inkişafın hüquqi sahədə əməkdaşlıqda da müşahidə olunduğunu bildirib.

A.Bastrıkinin 2008-ci ildə Azərbaycana səfəri çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdıran baş prokuror həmin görüşün məntiqi nəticəsi kimi 2010-cu il sentyabrın 28-də tərəflər arasında imzalanmışƏməkdaşlıq Proqramı”nın hər iki ölkənin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı səmərəli münasibətlərin hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyini deyib.

Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən A.Bastrıkin iki ölkənin istintaq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin mövcudluğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsinə maraqlı olduğunu vurğulayıb.

Görüşdə iki ölkə vətəndaşlarının hüquq azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluğa ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Həmçinin tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılaraq qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Müzakirələrin nəticəsi olaraq iki dövlət orqanı arasında işbirliyi əlaqələrinin perspektivlərini müəyyənləşdirənƏməkdaşlıq haqqında sazişimzalanıb.

Sənəd cinayətkarlıq terrorçuluğa qarşı mübarizə, xüsusən onun mütəşəkkil formaları, korrupsiya, iqtisadiyyat yüksək texnologiyalar sahəsində cinayətlər cəmiyyət üçün ciddi təhlükə təşkil edən digər cinayətlərin qarşısının alınmasında birgə əməkdaşlığı, informasiya təcrübə mübadiləsini, hüquqi yardım digər sahələri əhatə edir. Saziş mövcud münasibətlərin yeni səviyyəyə qaldırılması, ölkələrimizin tərəfdar olduğu beynəlxalq əməkdaşlığa dair sənədlərin icra olunmasının ikitərəfli səviyyədə təsdiqlənməsi, tərəflər arasında qarşılıqlı etimadın bir daha bəyan edilməsi bir-birinin milli qanunvericiliyinə hörmətin ifadə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

 

AZƏRTAC

Azərbaycan.- 2015.- 16 oktyabr.- S. 2.