İqtisadiyyat Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, struktur bölmələrinin tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat sənaye naziri, kollegiyanın sədri Şahin Mustafayev 2015-ci ilin 9 ayında qazanılmış sosial-iqtisadi nailiyyətlər qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, dünyadakı mənfi sosial-iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı bu ilin doqquz ayında da davam edib. Görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin 9 ayında ümumi daxili məhsul 3,7 faiz artıb, qeyri-neft sektorunun ÜDM- xüsusi çəkisi 68 faizi ötüb, sənaye istehsalında 2,1 faiz, qeyri-neft sənayesində 10,4 faiz, kənd təsərrüfatında 6,7 faiz, ümumilikdə qeyri-neft sektorunda 6,4 faiz artıma nail olunub. Ölkə iqtisadiyyatına 16 milyard manat həcmində investisiya qoyulub, əhalinin gəlirlərində artım meyilləri davam edib ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artıb. Yanvar-avqust ayları ərzində orta aylıq əmək haqqı 4,4 faiz artaraq 460 manata yüksəlib, 87 min yeni yeri açılıb.

Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunması, maliyyə intizamının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi, ərzaq təhlükəsizliyi üçün əlavə tədbirlərin görülməsi, nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin artırılması tranzit daşımalarında prosedurların sadələşdirilməsi, turizmin inkişafı, yeni yerlərinin açılması s. barədə tapşırıqlar verib.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə kollegiyanın sədri bildirib ki, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir. Hazırda Neftçala Sənaye Məhəlləsində geniş infrastruktur şəbəkəsinin yaradılması işləri aparılır sənaye məhəlləsi gələn ilin birinci yarısında fəaliyyətə başlayacaq.

Dövlət başçısının tapşırığına uyğun olaraq, nazirlik tərəfindən ölkənin digər regionlarında da yerli potensial nəzərə alınmaqla sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.

Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı bir daha sahibkarlığın inkişafının prioritetliliyini vurğulayıb, bu sahədə əlavə tədbirlərin görülməsinə dair təkliflərin hazırlanması, yoxlamaların tənzimlənmə mexanizminin işlənməsi, sahibkarlıq subyektlərinə əsassız müdaxilənin qarşısının alınması, lisenziyaların sayının azaldılmasına dair tapşırıqlar verib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, insanların həyat sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması barədə qərar qəbul edilib. İstehlak bazarına nəzarət inzibati məsuliyyət yaratmayan mexanizmlərdən (müşahidə, təhlil, nümunə müayinələri, baxış s.) istifadə olunmaqla davam etdiriləcək. Yoxlamalar yalnız daxil olan məlumatlar əsasında iqtisadiyyat sənaye naziri ilə razılaşdırılmaqla keçirilə bilər.

Kollegiya iclasında İqtisadiyyat Sənaye Nazirliyi tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar daşlar olan sənaye istehsalat tullantılarının tədarükü, emalı, satışı əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb. Həmçinin, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılması, lisenziyalaşdırılan fəaliyyət növləri üzrə sahibkarlıq fəaliyyətinə dövlət qurumları tərəfindən digər mexanizmlərlə nəzarət edilməsi imkanları nəzərə alınaraq, lisenziyaların sayının azaldılmasına dair ən qısa zamanda təkliflərin hazırlanması barədə qərar qəbul olunub.

İclasda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən iri fermer təsərrüfatlarının aqroparkların yaradılmasının sürətləndirilməsi istiqamətində nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə məlumat verilib, bu mühüm sosial məsələyə dövlət başçısının xüsusi diqqət göstərdiyi vurğulanıb. Qeyd edilib ki, indiyədək 2200-dək dərman vasitəsinin qiymətləri təsdiq edilib, nəticədə dərman vasitələrinin qiyməti əhəmiyyətli dərəcədə endirilib. Hazırda 135 təsiredici maddə üzrə bəyannamələrin qəbulu davam etdirilir. Proses bütün dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək.

Kollegiya iclasında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ixracın təşviqi, qeyri-neft sektorunda istehsal edilən məhsulların rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədi ilə təkliflərin hazırlanması qərara alınıb. Qeyri-neft məhsullarına verilən mənşə sertifikatı ilə bağlı aparılan ekspertiza xidmətlərinə görə tariflərin 30 faizədək azaldılmasına dair Tarif (qiymət) Şurasına müraciət edilməsi barədə qərar qəbul edilib.

Qeyri-neft ixracının artırılması, yeni ixrac bazarlarına çıxış imkanlarının araşdırılması, Qazaxıstanın Aktau şəhərində olduğu kimi, digər bölgələrdə bu cür logistik mərkəzlərin yaradılması imkanlarının araşdırılması barədə nazirliyin müvafiq struktur bölmələri qarşısında vəzifələr müəyyənləşdirilib.

Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn İqtisadiyyat Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında həmçinin dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr, o cümlədən inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

İclasda cari məsələlər müzakirə olunub müvafiq qərarlar qəbul edilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 17 oktyabr.- S. 3.