Böyük sərkərdəyə
dərin ehtiramla
Qazaxda general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinə həsr edilmiş “Azərbaycanın ilk hərbi naziri” adlı “dəyirmi masa” keçirilmişdir. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev qeyd etmişdir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən böyük sərkərdənin 160 illik yubileyi ilə əlaqədar Qazax rayonunda bir sıra tədbirlər keçirilir. Sonra o, adı tarixə düşmüş görkəmli hərbi xadim S.Mehmandarovun Azərbaycanın ordu quruculuğunda, peşəkar zabit kadrların hazırlanmasında və gənc nəslin vətənpərvərlik tərbiyəsində müstəsna rolu barədə danışmışdır.
Tədbir iştirakçıları sonda general Səməd bəy Mehmandarova həsr olunmuş “Sərdar” filminə tamaşa etmiş və “Azərbaycanın ilk hərbi naziri” adlı sərgiyə baxmışlar.
Əhməd İSAYEV,
Azərbaycan.- 2015.- 17 oktyabr.- S. 8.