Azərbaycan regiondasabitlik adasıdır

 

Amerikanın nüfuzlu “Arthur J. Finkelstein & Associates” beynəlxalq mərkəzinin keçirdiyi sorğu bir daha təsdiq edir ki, Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin fəaliyyətini yuksək qiymətləndirir

 

Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi ölkəmizin onilliklərə bərabər inkişaf yolu keçdiyini göstərir. Bu inkişaf təsdiq edir ki, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

Ötən 12 ilin yekunları göstərir ki, qlobal enerji nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi, beynəlxalq enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın xüsusi rolunun artması, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin üstün olması, regionların tarazlı davamlı inkişafı, ən müasir tələblərə cavab verən yeni istehsal sahələrinin yaranması, işsizliyin, yoxsulluğun minimuma endirilməsi, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi kimi məsələlər Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas hədəfləridir. Dövlət başçısının uzaqgörən siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, o cümlədən müstəsna təşkilatçılığı sayəsində bütün bu istiqamətlərdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixarı ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirib. Danılmaz faktdır ki, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkünləşib. Dünyanın nüfuzlu ekspertləri iqtisadçıları da Azərbaycanın dinamik inkişafının səbəblərini məhz Prezident İlham Əliyevin ölkəni elmi tədqiqatlara strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmişAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyası qarşıya qoyulmuş əsas vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaq. Artıq icrasına başlanılmış bu İnkişaf konsepsiyasında ümumi daxili məhsulun bir neçə dəfə artırılması, iqtisadiyyatın modernləşdirilməsi qarşıya qoyulan hədəflərdir.

Dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, hər bir məsələyə həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm xoş ovqatını təmin edən mühüm nüanslardır. Ötən 12 ildə ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən Prezident İlham Əliyev hər bir addımda məhz vətəndaşların mənafeyini əsas götürüb.

Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi siyasi problemlər qabarıq şəkildə özünü büruzə verməkdədir. Qlobal iqtisadi maliyyə böhranı xüsusilə Avrasiya məkanında daha ciddi formalar alıb. Istər Avropa ölkələrində, istərsə Asiyada ciddi iqtisadi maliyyə çətinlikləri müşahidə olunur. Lakin Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya şəraitində inkişaf edir. Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində qlobal böhrana, iqtisadi kataklizmlərə baxmayaraq, Azərbaycan bu gün yerləşdiyi bölgənin inamla inkişaf etməkdə olan ölkəsidir. Dünyada cərəyan edən son iqtisadi proseslər Azərbaycanda uğurlu həyati qabiliyyətli iqtisadi modelin olduğunu göstərir. Neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatında artım tendensiyası dəyişmədi. Bu artım daha çox qeyri-neft sektorunun hesabına təmin edilir.

Ölkəmizdə əldə olunan iqtisadi sosial uğurlar isə beynəlxalq ictimaiyyətin diqqətindən qaçmır bu uğurların müəllifi olan Prezident İlham Əliyev dəfələrlə beynəlxalq sorğuların, nüfuzlu nəşrlərin araşdırmalarının nəticələrinə əsasən yüksək mükafatlara, titullara layiq görülür. O cümlədən, Azərbaycanda keçirilən rəy sorğuları da ölkə ictimaiyyətinin Prezident İlham Əliyevin siyasi xəttinə olan etimadını, inamını dəstəyini dəfələrlə təsdiq edib.

Bu günlərdə Amerikanın nüfuzlu “Arthur J. Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzinin Azərbaycan əhalisi arasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələri deyilənləri təsdiqləyir. Sorğunun nəticələrinə əsasən seçicilərin təxminən 80 faizi hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir Dağlıq Qarabağ münaqişəsi ölkə gündəmində ən vacib məsələdir.

Qeyd edək ki, bu ictimai rəy sorğusu 5,1 milyon azərbaycanlı seçicinin qərarına təsir göstərən geniş əhatəli məsələlər üzərində cəmləşib. “Onların ölkəsi düzgün istiqamətdə irəliləyirmisualına iştirakçıların 77,1 faizi müsbət cavab verib. Bununla yanaşı, bu sorğu bir daha təsdiq edib ki, Azərbaycan ictimaiyyətini narahat edən əsas məsələ torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsidir. Belə ki, sorğuda iştirak edən vətəndaşlarımız bildiriblər ki, onları narahat edən ən mühüm məsələ beynəlxalq qətnamələrin Ermənistanın işğalçı ordusunun dərhal çıxarılmasını tələb etməsinə baxmayaraq, bu ölkənin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini 7 ətraf rayonu işğal altında saxlamasıdır. “Arthur J.Finkelstein & Associates” beynəlxalq mərkəzinin icraçı direktoru Corc Bernbaum vurğulayıb ki, rəyi soruşulan hər beş seçicidən biri qeyd edib ki, Dağlıq Qarabağ problemi dövlət qarşısında ölkə iqtisadiyyatı ilə bağlı məsələlərdən daha mühüm məsələ olaraq qalır.

Sorğuda geosiyasi məsələlərlə bağlı suallar da olub. Bununla bağlı respondentlərin 81,7 faizi qeyd edib ki, Azərbaycan regiondasabitlik adasıdır”, bir çox ölkələr bu regionda qeyri-sabit durumdadır. Respondentlərin 71 faizi Avropada baş verən hadisələri nəzərə alaraq ölkəmizin rəhbərliyinin Azərbaycanda immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır iqtidarı olduğunu vurğulayıb. Rəyi soruşulan vətəndaşların 80 faizindən çoxu qeyd ediblər ki, Qərb tərəfdaşları ilə təhlükəsizlik sahəsində əməkdaşlıq edən Azərbaycan rəhbərliyi ölkəmizi terrorizmdən uğurla müdafiə edir.

Sorğunun məlumatına görə, seçicilərin 74,4 faizi öz seçimini müəyyən edərək Yeni Azərbaycan Partiyasının namizədlərini üstün tuturlar. Mərkəzin məlumatına görə, 14 faiz isə öz seçimində qərarlaşmayıb. Sorğu iştirakçılarına onların Prezident İlham Əliyevin indiki işini necə dəyərləndirdikləri barədə sual verilib. Respondentlərin 82,1 faiziyaxşıəlacavablarını veriblər. Məlumatın sonunda bildirilir ki, “sorğunun nəticələri təsdiq edir ki, seçicilər siyasi iqtisadi sabitlik, terrordan uzaq olmaq, seçilən qanunvericilərdən Azərbaycanın Dağlıq-Qarabağ regionunun qaytarılması uğrunda mübarizəni davam etdirmələrini gözləyirlər.

Xatırladaq ki, ümumilikdə 1000 respondentin iştirak etdiyi sorğu bu il sentyabrın 28-dən oktyabrın 9-dək Azərbaycanın 108 seçki dairəsində aparılıb. “Arthur J. Finkelstein & Associates” beynəlxalq mərkəzinin keçirdiyi bu sorğu bir daha təsdiq edir ki, Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 18 oktyabr.- S. 2.