VIII Beynəlxalq Atatürk Konfransı iştirakçılarının dünya ictimaiyyətinə MÜRACİƏTİ

 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə 13-15 oktyabr 2015-ci il tarixlərində Gəncə şəhərində reallaşan VIII Beynəlxalq Atatürk Konfransı təkcə Azərbaycanın elmi həyatı üçün deyil, bir çox dünya xalqlarının tarixi taleyi üçün önəmli hadisədir. Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Hindistan, İtaliya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Bolqarıstan, Polşa, Serbiya digər ölkələrdən olan alimlər XIX-XX əsr Qafqaz bölgəsinin həmsərhəd ölkələrin tarixinin aktual məsələlərini müzakirə etdilər.

Konfransın nəticələri təsdiq edir ki, müasir dünyada baş verən qanlı münaqişələr XIX-XX əsrlərin siyasi sarsıntılarından doğmuşdur. Bunu, xüsusən Qafqazın türk-müsəlman dünyasının ən yeni tarixində izləmək mümkündür. Xalqlarının müəyyən mərhələlərdə soyqırımı deportasiyaya məruz qaldığı Qafqaz dünyanın güc mərkəzlərinin kobud müdaxiləsinin bölgədəki proseslərə neqativ təsirinə bariz nümunədir. Dünyanın müəyyən dairələri tərəfindən şirnikləndirilən erməni millətçiliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımılar, azərbaycanlıların əzəli torpaqları olan bugünkü Ermənistan Respublikasının ərazisindən deportasiyası, Azərbaycanın işğal edilmiş ərazilərində erməni silahlı qüvvələri tərəfindən qəddarcasına törədilmiş etnik təmizləmələr bölgənin etnosiyasi demoqrafik mənzərəsinin dəyişilməsinə gətirib çıxarmışdır.

Böyük dövlətlər çoxəsrlik hegemonluq siyasətlərinə uyğun olaraq bu gün yenə Yaxın Orta Şərqi, Qafqazı zərbə altında tutduqları bir şəraitdə bölgə ölkələrinin alimləri yüz il əvvəlkinə bənzəyən olduqca qorxulu, dünyanın əmin-amanlığı təhlükəsizliyi üçün təhlükə yaradan, yeni genişmiqyaslı hərbi toqquşmalara gətirə biləcək vəziyyətin müşahidə edilməsini bəyan etməyi zəruri bilirlər. “İdarə olunan xaosvəziyyəti yaradan bölgə ehtiyatlarına sahib olmağa can atan dövlətlərin siyasəti xüsusi təhlükə doğurur. Müstəqil dövlətlərin suverenliyinə xarici qəsdlər beynəlxalq münasibətlərdə özbaşınalığa gətirib çıxarır, Qafqazın qonşu dövlətlərin təhlükəsizliyinə real təhdid yaradır. Xarici qüvvələr təbii sərvətlərlə zəngin olan ölkələrdə dağıdıcı ünsürləri şirnikləndirir, suveren dövlətlərdə qayda-qanunu pozur, terrorizmə, ekstremizmə separatizmə dəstək verir. Bununla da beynəlxalq hüquq heçə endirilir, hüququn gücü yox, gücün hüququ bərqərar olunur.

Biz alimlər, hesab edirik ki, müasir dünyanın aktual problemlərinin həll edilməməsində günahkar olan iri güc mərkəzləri dövlətlərin parçalanmasına, minlərlə günahsız vətəndaşların məhv edilməsinə gətirib çıxaran bu məhvedici siyasətdən əl çəkməlidirlər. Hər zaman cəmiyyətin mütərəqqi qüvvəsi olan alimlər bu gün hər kəsi istər nüfuzlu dövlətlər, istərsə BMT digər beynəlxalq təşkilatlar tərəfindən tətbiq edilən ikili standartları düşünülmüş xaos siyasətini ittiham etməyə çağırır. Dünya düzəninin möhkəm əsasları pozulmamalı, Birləşmiş Millətlər Təşkilatı dünya güc mərkəzlərinın tələblərini yerinə yetirməli deyil, beynəlxalq hüquqa müvafiq olaraq qəbul edilən bütün qətnamələrin eyni şəkildə icra olunmasını həyata keçirməlidir.

Sabitlik, sülh təhlükəsizliyin olmadığı şəraitdə heç bir ölkənin davamlı inkişafı mümkün deyildir. Bu inkarolunmaz həqiqət Azərbaycan Qafqazın digər xalqlarının taleyində öz təsdiqini tapmışdır. Azərbaycan hələ süni şəkildə yaradılmış, on minlərlə günahsız insanın həlak olmasının, o cümlədən Xocalı soyqırımının səbəbi olan Qarabağ münaqişəsindən əziyyət çəkməkdədir. Məhz buna görə, konfrans iştirakçılarının hesab etdiyi kimi, Azərbaycan Respublikası sülhün bərqərar olmasına hərbi münaqişələrin aradan qaldırılmasına xüsusi önəm verir, Azərbaycan rəhbərliyinin bölgədə təhlükəsizliyin təmin edilməsinə yönələn sülhpərvər səylərini alqışlayır.

Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan torpaqları - Dağlıq Qarabağ onun ətrafındakı 7 rayondan bir milyondan çox azərbaycanlının zorla qovularaq qaçqın məcburi köçkünə çevrildiyi bir zamanda region ölkələri, dünya ictimaiyyəti nəinki yeni yaranmış münaqişələrin qarşısını almağa, həm artıq mövcud olan təhlükəsizlik problemlərini həll etməyə bütün səylərini verməlidirlər.

Dağıdıcı imperiya siyasətindən hal-hazırda Türkiyə əleyhinə istifadə olunur. Bu gün bu dövlətin daxili işlərinə müdaxilə edilməsi, orada sabitliyin pozulması, türk dövlətinin əsaslarının sarsıdılmasına yönəlmiş açıq-aşkar cəhdlər mövcuddur. Konfrans iştirakçıları Türkiyənin dinc əhalisi əleyhinə terror aktlarının təşkilatçılarını qətiyyətlə ittiham edir Türkiyə Cümhuriyyətinin vətəndaşlarını birliyə çağırır. Türkiyədə sabitlik bütün regionda sabitliyin mühüm şərtidir.

Yaxın Şərqdə münaqişəli vəziyyətin kəskinləşməsi bu gün Avropaya güclü miqrasiya axınına səbəb oldu. Bununla belə, Avropa İttifaqı ölkələrində millətçi antimüsəlman əhval-ruhiyyəsi güclənir, faşizm, rasizm baş qaldırır, ksenofobiya dini ayrı-seçkilik artır. Belə şəraitdə Avropa İttifaqı planetin müxtəlif bölgələrində münaqişənin artmasına yönəlmiş ikili standartlar siyasətinin gerçəkləşməsinə üstünlük verir. Avropa parlamentinin bu yaxınlarda qəbul etdiyi antiazərbaycan qətnaməsi beynəlxalq aləmdə müstəqil xətt yürüdən suveren dövlətin maraqlarına qarşı yönəlmiş ədalətsiz siyasətin ibrətamiz göstəricisidir.

Biz, VIII Beynəlxalq Atatürk Konfransının iştirakçıları hesab edirik ki, yalnız ədalət, hüquq sabitlik qlobal təhlükəsizliyi təmin edə bilər. Yalnız beynəlxalq hüquq prinsipləri normalarına dəqiq riayət etməklə, terrorizm, ekstremizm separatizm kimi cinayətlərin kökünü kəsmək, ölkələrin xalqların hüquq bərabərliyi, onların dinc yaşaması zəminində müasir dünya nizamını bərqərar etmək, məqsəd güdən qlobal güc mərkəzlərinin özbaşınalığına son qoymaq mümkündür.

Konfrans iştirakçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi riayət etməyə çağırır. Bu baxımdan işğal olunmuş Azərbaycan ərazilərindən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının Dağliq Qarabağ münaqişəsinə dair 4 qətnaməsinin icrası xüsusi əhəmiyyət kəsb edir.

Müasir gərginlik vəziyyətində təkcə siyasətçilər deyil, eləcə elm mədəniyyət xadimləri ölkələr xalqlar arasında dialoqun inkişafı, millətlərararası dinlərarası nifaqın hər hansı bir formada təzahürünün qarşısının alınması üçün terrorizmlə mübarizə silahlı münaqişələrin tənzimlənməsi naminə birgə səylərini əsirgəməməlidirlər. Xalqlar arasında ünsiyyətin əsasını onların tarixi haqlarına, hüquqlarına, dini hisslərinə inanclarına hörmət təşkil etməlidir. Bu kontekstdə xalqın çoxəsrlik ənənələri mədəni-mənəvi dəyərlərinə əsaslanan tolerantlıq multikulturalizm siyasətinin nümunəsini təqdim edən Azərbaycanın qiymətli tarixi təcrübəsi qeyd olunmalıdır.

Biz, VIII Beynəlxalq Atatürk Konfransı iştirakçıları, ümid edirik ki, bizim çağırışlarımız dünya birliyinin elmi ictimaiyyətin diqqətindən kənarda qalmayacaqdır.

 

VIII Beynəlxalq Atatürk Konfransının iştirakçıları

Gəncə şəhəri, 15 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 18 oktyabr.- S. 6.