Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfrans keçirildi

 

Naxçıvan Dövlət Universitetində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirdə çıxış edən YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov vurğulayıb ki, əvəzsiz milli sərvət olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır mürəkkəb bir vəzifədir. Müstəqilliyimizin birinci mərhələsində olduğu kimi, ikinci mərhələsinin əvvəllərində onun itirilməsi təhlükəsi yarandıqda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını həyata keçirmişdir.Azərbaycan 24 ildir müstəqil dövlət kimi yaşayır inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir.

Konfransda universitetin Beynəlxalq münasibətlər kafedrasının dosenti Şamxal MəmmədovunUlu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyimövzusunda məruzəsi dinlənilib. Natiq məruzəsində Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən bəhs edib. Qeyd olunub ki, 1993-cü ildə ölkədə siyasi çəkişmələr, vətəndaş qarşıdurması, milli iğtişaşlar  gücləndiyi bir dövrdə  yenidən siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev siyasi sabitlik həmrəyliyi bərqərar etməklə Azərbaycanı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.

Konfransda beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Tuncay SalmanlınınNaxçıvan Muxtar Respublikası müstəqillik illərində”, beynəlxalq münasibətlər ixtisası  üzrə III kurs tələbəsi İnci RzayevanınHeydər Əliyev ideyaları milli müstəqilliyimizin mənəvi güc mənbəyidirmövzularında məruzələri dinlənilib.

Tədbirdə YAP sıralarına yeni qəbul olunan tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

Sonda ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən film, eyni zamanda, Azərbaycanın çoxəsrlik tarixinə, milli-mənəvi dəyərlərinə, bugünkü sosial-iqtisadi tərəqqisinə həsr olunmuş slaydlar nümayiş olunub.

 

Elxan MƏMMƏDOV,

 

Azərbaycan.- 2015.- 18 oktyabr.- S. 9.