Afinada keçirilən konfransda multikultural təhlükəsizliyin təminində Azərbaycan təcrübəsindən danışılıb

 

Oktyabrın 18-20-də Afinada keçirilənDini mədəni plüralizm Orta Şərqdə sülh içərisində mövcudluqadlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Yunanıstanın xarici işlər naziri Nikolaos Kotziasın dəvəti ilə bu ölkədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, Yunanıstanın dövlət hökumət rəsmilərinin, müxtəlif ölkələrdən olan dini liderlərin siyasi xadimlərin iştirak etdiyi konfransda Dövlət müşaviriMultikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsiadlı məruzə ilə çıxış edib.

Məruzədə akademik K.Abdullayev ölkəmizdəki milli dini müxtəliflik, bu müxtəlifliyin qorunması üçün dövlət tərəfindən həyata keçirilən siyasətlə bağlı geniş məlumat verib. O, Azərbaycanda multikultural təhlükəsizliyin dövlət təminatı əsas prinsiplərindən bəhs edərək bildirib ki, Azərbaycanda multikultural təhlükəsizliyin prinsipləri ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi, ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına istiqamətlənmiş dövlət qayğısı, respublikada yaşayan bütün xalqların etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət cəmiyyət tərəfindən dəstək göstərilməsidir.

Bundan əlavə, Dövlət müşaviri ölkəmizdə yaşayan azsaylı xalqların öz dillərində təhsil almaları, onların doğma dillərində mətbuat orqanlarının olması, bu toplumların dillərində kitab çapı, dövlət radio televiziyasında azsaylı xalqların dilinin, mədəniyyətinin qorunması üçün yaradılan imkanlar haqda danışıb.

K.Abdullayev Azərbaycanda etnik-mədəni müxtəlifliyin qorunması ilə bağlı görülən işlər çərçivəsində ölkəmizdəki yunan icmasından da söhbət açıb. O, hazırda Azərbaycanda 700-dən çox yunanın yaşadığını, 1994-cü ildən AzərbaycandaArqoadlı yunan icmasının fəaliyyət göstərdiyini deyib, 1999-cu ildən Bakı Slavyan Universitetində yunanşünaslıq ixtisasının, daha sonra isə Yeni Yunan Dili Mədəniyyəti Mərkəzinin açılmasından bəhs edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 2.