İsraildə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib

 

Bu il Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə İsrailin çox hissəsini əhatə edən bir neçə tədbir hazırlayıb.

Azİz”in mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumata görə, oktyabrın 13-də “Azİz”in Afuladakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanda tanınmış skripkaçı, əvvəllər Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olmuş Leonid Barştakın rəhbərlik etdiyi simli kvartetin bayram konserti olub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman təntənəli gecəni açaraq bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsi əsasındaAzərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa olunması haqqındaqərar qəbul edib.

Sonra Azərbaycan klassik musiqisinin banisi, anadan olmasının 130 illiyi hazırda həm Azərbaycanda, həm onun hüdudlarından uzaqlarda geniş qeyd edilən Üzeyir Hacibəylinin musiqisi ifa edilib. “Arşın mal alanoperettasından parçalar, habelə xalq melodiyaları səslənib. KvartetBəxtiyarkinofilminə bəstəkar Tofiq Quliyevin yazdığı, bakılılar tərəfindən çox sevilənBakı haqqında mahnıəsərini ifa edib. Tofiq Quliyevin daha bir əsəri - dünyanın müxtəlif ölkələrində yaşayan dinləyicilərin çox xoşladığı, Rəşid Behbudovun ifasında tamaşaçıların əksəriyyətinin yaxşı xatırladığıSənə qalmazmahnısı onlar üçün xüsusi sürpriz olub.

Oktyabrın 15-də Yerusəlim şəhərindəki rus kitabxanasında beynəlxalqİxtiraçılıq məsələlərinin həlli nəzəriyyəsi” (TRİZ) günü qeyd edilib. Çoxlarının yazıçı-fantast Henrix Altov kimi yaxşı tanıdığı ixtiraçı-mühəndis Henrix Altşuller tərəfindən Bakıda yaradılmış bu nəzəriyyə hazırda ABŞ-dan Yaponiyaya qədər, sənaye cəhətdən inkişaf etmiş bütün dünya ölkələrində özünə davamçılar tapıb. İsraildə TRİZ Təl-Əviv Universitetində tədris edilir. Gecənin təşkilatçısı aparıcısı, “Azİzassosiasiyasının Yerusəlim bölməsinin rəhbəri Aleksandr Aqranovski tədbirə toplaşanlara Azərbaycan tarixi haqqında məlumat verib, onları bayram münasibətilə təbrik edib.Azİz”in  baş direktoru Lev Spivak məxsusi qeyd edib ki, İsrail Azərbaycanın dövlət müstəqilliyini ilk olaraq tanımış ölkələrdən biri olub.  Oktyabrın 18-də HayfadakıKitab evi”ndə Azərbaycan Yazıçılar Birliyinin üzvü Miryam HeylininQaynaqlaradlı yeni səsli kitabının təqdimatı olub. Gecənin təşkilatçısı, “Şolumimərkəzinin rəhbəri Şaul Siman Tov bildirib ki, bu məcmuə hazırlanarkən məhz Azərbaycandakı yəhudilərin həyatından bəhs edən hekayələr seçilib, Azərbaycan xalqlarının çoxəsrlik tolerantlığını vurğulamağa çalışıblar. Gecəni hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan ən populyar şəxslərdən biri - yazıçı jurnalist David Kon idarə edirdi.

Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilmiş bütün tədbirlərdə şəhər sovetlərinin deputatları, absorbsiya bölmələrinin ictimai təşkilatların rəhbərləri iştirak ediblər. Onlar öz çıxışlarında bütün Azərbaycan xalqına şəxsən Azərbaycan Prezidenti İlham Əliyevə təbriklərini, xalqımıza sülh firavanlıq, ölkəmizin ərazi bütövlüyünün  tezliklə bərpa olunması arzularını çatdırmağı xahiş ediblər.

 

Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 8.