Beynəlxalq konfrans iştirakçılarına Azərbaycanda məhkəmə sistemində qazanılan nailiyyətlər barədə məlumat verilib

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada Mərkəzi Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin beynəlxalq konfransında iştirak edib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Avropanın bir çox ölkələrinin məhkəmə sədrlərinin rəhbərlərinin iştirak etdikləri tədbirdə məhkəmə sistemində aparılan islahatlar, məhkəmə prosesində gecikmələr, məhkəmələrin səmərəliliyinin artırılması, məhkəmə araşdırması sübutların müdafiəsində məhkəmə aktlarının səmərəliliyi, mübahisələrin alternativ yolla həlli, məhkəmələr ictimaiyyət – KİV- əlaqələr, məhkəmələrin institusional hakimin fərdi səviyyədə müstəqilliyi ilə bağlı ən yaxşı təcrübəyə aid təqdimatlar edilib. Qeyd olunub ki, bir sıra Mərkəzi Şərqi Avropa dövlətlərində konstitusion demokratiya əldə edildikdən sonra, həmin dövlətlərin məhkəmə sistemlərində islahatlar aparılıb. Həmin islahatların nəticəsində məhkəmələrin fəaliyyətində mövcud pozitiv dəyişikliklər müzakirə edilib, bəzi mənfi halların baş vermə səbəbləri araşdırılıb.

Konfransın ilk iclasında Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək iştirakçılara Azərbaycan Respublikasının məhkəmə sistemində son illərdə həyata keçirilən islahatlara bununla bağlı nailiyyətlərə dair geniş məlumat verib.

Məhkəmə araşdırılması müddətinin azaldılması ilə yanaşı, ədalətliliyin səmərəliliyin təmin edilməsi, ekspertlərin rolu, şikayətlərin həcminin enməsi məqsədilə islahatların aparılmasının mümkünlüyü geniş müzakirə edilib, vahid məhkəmə təcrübəsinin yaradılmasında Ali Məhkəmənin rolu işinin təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilib.

Tədbir iştirakçıları məhkəmə araşdırmasında əldə olunmuş sübutların müdafiəsində məhkəmə qərarlarının faydası barədə müzakirə edərək, təcrübələri barədə ölkələrində hakimlərin icraatda olan işlərin nəzarət etmə səlahiyyətləri, şahidlərin çağırılması sübutların təqdim olunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, işə cəlb edilmiş tərəflərin, şahidlərin, ekspertlərin digər proses iştirakçılarının məhkəmə iclaslarına gəlməmələri nəticəsində işlərə baxılmasının təxirə salınmasının mümkün həlli müzakirə edilib.

Konfrans iştirakçıları məhkəmələrin yükünün azaldılması məhkəmə mübahisələrinin alternativ yollarla həlli kimi, mediasiya institutunun fəaliyyəti mövzusunda fikir mübadiləsi apararaq, həmin işlərdə mediatorların rolunu müzakirə ediblər.

Tədbirə xüsusi qonaq qismində qatılan Çin Ali Xalq Məhkəməsinin sədr müavini mediasiya institutu ilə bağlı geniş məlumat verib.

Konfransda məhkəmə sədrlərinin mətbuat katibləri vasitəsilə ictimaiyyətlə ünsiyyətin artırılması, KİV- əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsinə yer ayrılıb. Məhkəmələrdə elektron məhkəmə sisteminin yaradılması mövcud problemlər müzakirə edilib. Qeyd olunub ki, ictimai dəstək məhkəmə hakimiyyətinə inam, bu sistemin normal fəaliyyətinin tərkib hissəsidir.

Natiqlər, həmçinin məhkəmə hakimiyyətinin hakimlərin fərdi səviyyədə müstəqil olmalarının önəmliyindən söhbət açaraq, qarşılaşdıqları problemlərin həllində institusional müstəqilliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Konfransın sonunda iştirakçılar tərəfindənMəhkəmə hakimiyyətinin müstəqilliyi prinsiplərinə dairBəyannamə qəbul edilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 20 oktyabr.- S. 9.