Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri N.S.Mixalkova

 

SiziRusiya mədəniyyətinin görkəmli xadimlərindən birini 70 illik yubileyiniz münasibətilə təbrik edirəm, Sizə xoşbəxtlik, firavanlıq yeni yaradıcılıq uğurları arzulayıram.

Sizin parlaq istedadınız, bugünkü uzaq keçmişə aid hadisələrə qeyri-ordinar baxışlarınız milyonlarla pərəstişkarınızın bu qədər sevdiyi tanıdığı bənzərsiz dəst-xəttinizi formalaşdırmağa imkan verib. Böyük rus mədəniyyəti ənənələrini qoruyub saxlamaq artırmaq istəyi, rus xalqının tarixi zəfərlərinə görə qürur dövlətçilik ideyasına sədaqət Sizin bütün yaradıcılığınıza nüfuz edib. Dünya kinematoqrafının inkişafına Sizin sanballı töhfəniz bir sıra prestijli mükafatlarla layiqincə qiymətləndirilib.

Sizin çoxşaxəli ictimai fəaliyyətiniz, heç şübhəsiz, postsovet məkanında humanitar əməkdaşlığın formalaşmasına böyük təsir göstərir. Ümidvaram ki, Sizin Azərbaycanın gənc kinematoqrafçıları ilə bu ilin baharında başlanmış səmərəli dialoqunuz yeni istedadlar yetişdirilməsinə Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinə şərait yaradacaq.

Sizə uzun ömür diləyirəm.

Ən xoş arzularla,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2015-ci il.

 

Azərbaycan.- 2015.- 21 oktyabr.- S. 1.