Bakı və Gəncə
apelyasiya məhkəmələri
hakimlərinin təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin qərarı
1. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Cəfərov Namiq Şamil oğlu,
Hacıyev Sənan Firudin oğlu,
Hüseynov Abiddin Qabil oğlu.
2. 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən Azər Vahid oğlu Bayramov Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.
3. Bu qərar 2015-ci il oktyabrın 26-dan qüvvəyə minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 20 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 21 oktyabr.- S. 4.