Xarici İşlər Nazirliyində İranın Şərqi Azərbaycan vilayətinin valisi ilə görüş keçirilib

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq mehriban qonşuluq əlaqələrinin inkişafından məmnunluq ifadə edərək, iki ölkə arasında tarixi, mədəni dini bağlantıların olduğunu qeyd edib.

İsmayıl Cabbarzadə Azərbaycanda səfərdə olmasından məmnunluğunu bildirib, dövlətlərimiz arasında əlaqələrin inkişafının xalqlarımızın mənafeyinə uyğun olduğunu deyib. O, rəhbərlik etdiyi Şərqi Azərbaycan vilayəti haqqında ətraflı məlumat verib, turizm, səhiyyə, elm, mədəniyyət tibb ixtisası üzrə tələbə mübadiləsi kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

İkitərəfli iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün hökumətlərarası birgə əməkdaşlıq komissiyası onun çərçivəsində müştərək biznes forumların təşkil edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 21 oktyabr.- S. 10.