Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qrant haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısıtəsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1.Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Müəyyən edilsin ki, hüquqi şəxs statusuna malik olan, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (fondlar, mərkəzlər digər qurumlar) “Qrant haqqındaAzərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən fəaliyyət sahələrinə uyğun olaraq qrant verə bilərlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 22 oktyabr.- S. 2.